Asiya İnkişaf Bankı (AİB) Azərbaycan qiymətli kağızlar bazarının inkişafına texniki yardım göstərə bilər. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
“QKDK-nın sədri Rüfət Aslanlı AİB-in maliyyə sektorunun baş mütəxəssisi Yurgen Konradla görüş keçirib. Görüşdə AİB ilə əməkdaşlıq çərçivəsində “Mərkəzi və Qərbi Asiyada maliyyə sektorunun inkişafı” texniki yardım Layihəsindən komitə əməkdaşlarının potensialının artırılması üçün istifadə imkanları və qiymətli kağızlar bazarına dair əməkdaşlıq məsələləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Y.Konrad Bakı Fond Birjasında birja rəhbərliyi ilə görüş keçirib. “Görüşdə tərəflər Azərbaycan qiymətli kağızlar bazarının ayrı-ayrı seqmentlərinin, xüsusilə səhm bazarının mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər”, - deyə BFB-nin məlumatında qeyd edilir.
QKDK və BFB-də görüşlər AİB-in 2013-2017-ci illəri əhatə edəcək Ölkə üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması layihəsi çərçivəsində baş tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət