Keçən həftə respublikanın Təbriz şəhərindəki Baş Konsulluğu qarşısında keçirilən Azərbaycan əleyhinə piketin təşkilatçıları iki ölkə arasında münasibətlərin möhkəmlənməsini arzu etməyən İranın xüsusi qüvvələridir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat – xidmətinin rəhbəri Elman Abdullayev belə bəyan edib.
“Biz Təbrizdə Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya ilə bağlı öz narahatlığımızı bildiririk və bunun arxasında ölkələrimiz arasında münasibətlərin inkişaf etməsini arzu etməyən dairələrin dayanmasına təəssüf edirik”,- deyə E.Abdullayev cümə axşamı brifinqdə bildirib.
Sözügedən aksiya Təbrizdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşanın işğalının 20 illiyi münasibəti ilə keçirilib.
“Təəssüf ki, həmin dairələr Azərbaycan xalqına qarşı cinayət törədənləri qınamaq əvəzinə, iki ölkə arasında münasibətlərə zərbə vururlar”,-deyə XİN-in nümayəndəsi bildirib.
E.Abdullayev rəsmi Bakının dəfələrlə Azərbaycanın müstəqil xarici və daxili siyasət yürütdüyü, hakimiyyətin qəbul etdiyi qərarların Azərbaycan xalqının iradəsinə əsaslandığı barədə bəyanatlarını xastırladıb.”Biz öz qonşularımızla münasibətlərimizi mehriban qonşuluq , qarşılıqlı hörmət , bir-birinin işlərinə qarışmama prinsipləri əsasında qururuq.Azərbaycan bu prinsiplərə ciddi riayət edir və öz işlərinə qarışmağı yol verilməz hesab edir”,- deyə o vurğulayıb.
Diplomat bildirib ki, Azərbaycan artıq 20 il əvvəlki ölkə deyil, bu gün o bütün regionun inkişafına töhfələr verən güclü dövlətdir və beynəlxalq arenada xüsusi yer tutur.”Regionun inkişafına mane olan əsas amil Ermənistanın Azərbaycana qarşı təcavüzüdür.Dünya birliyi Bakının mövqeyini tamamilə dəstəkləyir və erməni təcavüzü faktını qəbul edir”,- deyə XİN nümayəndəsi əlavə edib.
Bununla yanaşı, o bir sıra ölkələrin parlamentlərinin Xocalı hadisələrini Azərbaycan torpaqlarının işğal tarixində ən qanlı səhifə kimi tanıması faktını da xatırladıb.
E.Abdullayev həmçinin qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş bir çox qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib .
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət