“Paşa Sığorta” şirkəti 2012-ci ilin yanvar- aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında sığorta haqqı yığımı üzrə lider olub. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Xidmətin məlumatına əsasən, “Paşa Sığorta”nın sığorta haqqı yığımları 2012-ci ilin yanvar- aprel aylarında 24 mln. 134,209 min manat və ya bütün sığortaçıların əldə etdikləri sığorta haqlarının 20,84%-ni təşkil edib.
Hesabat dövrünün yekunlarına əsasən, sığorta haqqı yığımı üzrə 10 aparıcı şirkət sırasına “AzSığorta” (11 mln 347,367 min manat ), "Atəshgah" (11 mln.148,033 min manat.), "Azərsığorta" (8 mln 472,136 min manat.), "Atəshgah Həyat" (8 mln 106,300 min manat.), "Standard Insurance" (6 mln. 487,502 min manat.), "AXA Mbask" (6 mln. 137,689 min manat.), Paşa Həyat Sığorta (6 mln. 82,677 min manat .), " Beynəlxalq Sığorta şirkəti " (5 mln. 252,249 min manat), və “A-Qroup” (4 mln. 702,177 min manat) daxildir.
Xidmətin məlumatına görə, ümumilikdə, 2012-ci ilin yanvar - aprel ayları ərzində bazarda fəaliyyət göstərən 28 sığorta şirkətinin hamısı sığorta haqqı əldə edib.Bununla yanaşı 1 mln. manatdan çox tədiyəni 18 sığortaçı əldə edə bilib.
Sığorta şirkətləri arasında ən çox ödənişi də “Paşa Sığorta” edib.Onun ödənişləri 7 mln. 293,519 min manat və ya bütün ödənişlərin 27,56%-ni təşkil edib.
Ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkətinin sırasına "Azərsığorta" (3 mln 11,892 min manat ), "Atəshgah" (2 mln. 339,676 min manat.), “Beynəlxalq Sığorta Şirkəti “ (2 mln 222,345 min manat.), "Ipək Yolu Sığorta" (1 mln 747,440 min manat), "AXA Mbask" (1 mln. 670,198 min manat.), “A-Qroup” (1 mln 601,547 min manat), AtaSığorta (782,137 min manat), “Bakı Sığorta” (752,784 min manat) və Standard Insurance (738,223 min manat) daxildir.
Xidmətin məlumatına əsasən 2012-ci ilin yanvar –aprel aylarında 25 sığorta şirkəti ödəniş həyata keçirib.
2012-ci ilin hesabat dövründə sığortaçıların ümumi sığorta haqqı yığımları 115 mln.770,385 min manat, ödənişləri 26 mln.464,586 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət