Beynəlxalq ictimaiyyət Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalına və bunun nəticəsində vurulan ziyana ədalətli qiymət verməlidir . Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva belə deyib
“20 ildən çoxdur Azərbaycanın bir hissəsi Ermənistanın işğalı altındadır və təəssüf ki, beynəlxalq ictimaiyyət bu vəziyyətə heç bir hüquqi qiymət vermir, torpaqların azad eedilməsi prosesinə kömək etmək üçün heç bir tədbir görmür”,- deyə o cümə axşamı jurnalistlərə bildirib.
“Biz bizim nəslin gələcəyi barədə düşünürük. Azərbaycanın işğal edilmiş 20% ərazisində infrastruktur tamamilə dağıdılıb. Ekologiyaya böyük ziyan vurulub.Biz dünya birliyindən ədalətli qiymət tələb edəcəyik”. – deyə institutun direktoru qeyd edib.
Sonra İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda sözügedən problemə həsr edilmiş konfransda Qarabağ münaqişəsinin nəticələri mövzusunda çıxış edən A.Mustafayeva bildirib ki,beynəlxalq konvensiyalara müvafiq olaraq Ermənistan hərbi təcavüz zamanı vurduğu ziyana görə beynəlxalq məsuliyyət daşıyır və Azərbaycana kompensasiya ödəməlidir.Onun sözlərinə görə, Azərbaycanın 17 min kv. metrdən çox ərazisinin işğalı nəticəsində təxminən 900 yaşayış məntəqəsi dağıdılıb, 250 mln.hektar meşə, 6 mindən çox sənaye obyekti, 150 mindən çox yaşayış evi,4366 sosial mədəni obyekt,693 məktəb,855 məktəbəqədər təhsil müəssisəsi, 4 sanatoriya 695 xəstəxana, 800 km dəmir yolu, 5 su anbarı məhv edilib, 2 qızıl, 4 civə,2 xrom, 1 sink,1 mis,1 antimonit yatağı mənimsənilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət