Rusiyanın RU-Energy neft servis holdinqi azərbaycanlı mütəxəssisləri Rusiyada öz müəssisələrində işləməyə dəvət edir. Bu barədə holdinqin kadr siyasəti şöbəsinin rəisi Yelena Kaşinova bazar ertəsi”İnterfaks- Azərbaycan”agentliyinin mətbuat mərkəzində keçirilən konfransda bildirib.
“Biz azərbaycanlı mütəxəssislərin bizim müəssisələrdə işləməsində maraqlıyıq.Bununla əlaqədar Dövlət Məşğulluq Xidmətində görüş keçirmişik və müəyyən planlar hazırlamılşıq”.- deyə o bildirib.
Onun sözlərinə görə,xüsusilə azərbaycanlı mütəxəssislıərin “növbə- yəni bir ay iş,bir ay ev rejimi ilə işə qəbul imkanları nəzərdən keçirilir
“Biz onlardan işçi briqadalar yaratmağa cəhd edəcəyik, əgər bu yaxşı nəticə versə,Azərbaycanda öz müəsssəmiz açılacağı təqdirdə bu mütəxəssislər orda işləməyə dəvət olunacaqlar”,- deyə Y.Kaşinova bildirib.
“2012-ci ildə Azərbaycan, Ukrayna , Belarus,Qazaxıstan və Qırğızıstandan xarici vətəndaşları işə cəlb etmək üçün bizim kvotamız 742-yə bərabərdir. 2013-cü ildə xarici vətəndaşların kvotası üçün sifarişlərin sayı 1500 təşkil edəcək”,- deyə o qeyd edib.
Y.Kaşinovanın sözlərinə görə,hazırda şirkətdə qazmaçı,qazmaçı köməkçisi, mühəndis –texnoloq, quyulara xidmət üzrə mütəxəssilərə ehtiyac var.
“İşilərin əmək haqqı 57-60 min rubl təşkil edir.Bununla yanaşı sosial paketə işçilərin xüsusi geyimlə, qida və yaşayış yeri ilə təmin edilməsi də daxildir.Yüksək ixtisaslı mütəxəssislərin əmək haqqı daha yüksək olacaq ”,- deyə o vurğulayıb.
RU-Energy Group ASC 2009-cu ildə holdinq kimi fəaliyyət göstərməyə başlayıb. Müəssisə Rusiyanın neft qaz ehtiyatlarına malik Şərqi və Qərbi Sibir regionlarında neft servisi xidmətləri fəaliyyəti həyata keçirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət