Ermənistan rəhbərliyi son günlər cəbhə xəttində baş verən bütün hadisələrə görə birbaşa məsuliyyət daşıyır. Bu barədə cümə günü jurnalistlərə Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
"Ermənilər qeyri-konstruktiv siyasət yürütməkdə davam edir və bununla da münaqişənin sülh yolu ilə nizamlanmasına mane olurlar. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan Azərbaycandan fərqli olaraq “status-kvo”nun saxlanmasında maraqlıdır ki, bu da öz növbəsində, "bütün regionun təhlükəsizliyi üçün bilavasitə təhdiddir, eləcə də regionun iqtisadi inkişafı üçün maneələr yaradır”, - deyə E.Aslanov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, “status-kvo” bölgə üçün yolverilməzdir. Ermənistan rəhbərliyi isə müxtəlif bəhanələrlə danışıqlardan qaçır, bununla da bütün region üçün təhlükə yaradır.
Son bir neçə gündə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginlik müşahidə olunur. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın təxribatçı qrupları dəfələrlə cəbhə xəttini keçməyə çalışsa da, bütün cəhdlərin qarşısı alınıb. Nəticədə beş Azərbaycan əsgəri həlak olub, bir neçəsi isə yaralanıb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət