Eurovision 2012” – nin Rumıniya təmsilçisi “Mandinqa” qrupu çərşənbə günü Bakıda konsert verəcək.Bu barədə kollektivin solisti Yelena George çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Bizim məqsədimiz yalnız müsabiqədə iştirak etməkdən ibarət deyildi, biz sizin əsrarəngiz ölkəniz haqqında daha çox şey bilmək istəyirdik.Biz Bakıda konsert proqramı ilə çıxış edəcəyik”.- deyə rumıniyalı müğənni bildirib.
Onun sözlərinə görə,konsertdə həmçinin, Azərbaycanın bu ilki “Eurovision” təmsilçisi Səbinə Babayeva, eləcə də 2010-cu il təmsilçisi Safura da iştirak edəcək.E.George qeyd edib ki, Bakının “Koroğlu” parkında baş tutacaq konsert Rumıniya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 20 illiyinə həsr olunub.”Biz çox şadıq ki Azərbaycan və Rumıniya arasında münasibətlər belə yüksək səviyyədədir”,- deyə o vurğulayıb.
“Biz üç gün Azərbaycanda olacağıq və bu üç gün ərzində klip çəkməyi planlaşdırmışıq, klipin bir hissəsi artıq “İçərişəhər”də çəkilib”.- deyəE.George söyləyib .
Azərbaycan musiqisi barədə xoş təəssüratlarını bölüşən rumıniyalı musiqiçilər bildiriblər ki, Bakıda milli musiqi aləti olan balaban əldə ediblər.
“ Bu gözəl səslər verən heyrətamiz alətdir”,-deyə qrup iştirakçılarından biri əlavə edib.O deyib ki,”Mandinqa” qrupunun ifa etdiyi mahnılar musiqinin müxtəlif növlərinin , o cümlədən xalq musiqisinin sintezinə əsaslanır.Rumıniyalı qrup öz kompozisiyalarında Azərbaycan musiqisinin motivlərindən istifadə etmək niyyətindədir.Kollektivin solisti onu da deyib ki,Azərbaycanda olduqlarlı zaman “Mandinqa” qrupu ilə azərbaycanlı müğənni Abbas arasında birgə layihə hazırlamaq barədə razılıq əldə edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət