Ötən həftə Azərbaycanın yollarında 72 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 45 nəfər həlak olub, 108 nəfər yaralanıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ən ağır yol-nəqliyyat hadisələrindən biri Bakı şəhərinin Qaradağ rayonunda baş verib. "Opel", "VAZ 21011" markalı avtomobillər və "KamAZ" yük maşınının toqquşması nəticəsində üç nəfər həlak olub, bir nəfər xəsarət alıb. Elə həmin rayonda yük maşınlarının toqquşması bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnib. Suraxanı rayonunda mikroavtobus və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Suraxanı rayonunda "Toyota" markalı avtomobilin 2006-cı və 2008-ci il təvəllüdlü iki qızı vurması nəticəsində onlardan biri ölüb. Qazax rayonunda "VAZ 2107" markalı avtomobil və "Ford" markalı yük maşını toqquşub. Nəticədə üç nəfər həlak olub, iki nəfər yaralanıb. Xaçmaz rayonunda "Hyundai", "VAZ 21010" və "QAZ 24" markalı üç avtomobilin toqquşması nəticəsində üç nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət