Azərbaycan və Estoniya qarşılıqlı mal dövriyyəsini artırmaq üçün böyük potensiala malikdir. Bu barədə Estoniyanın iqtisadi əlaqələr və rabitə naziri Yuhan Parts cümə axşamı Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya hökümətlərarası komissiyasının birinci iclasında bildirib.
"Hazırda ölkələr arasında ticarət dövriyyəsi 20 mln. avro (ildə – İF) təşkil edir və bu, iki ölkənin mövcud potensialından olduqca aşağıdır. Azərbaycan Estoniyanın yüksək səviyyədə ticarət-iqtisadi əlaqələr qurmaq niyyətində olduğu ölkələrdən biridir", - deyə Estoniya tərəfdən komissiyanın həmsədri Y.Parts söyləyib.
Onun sözlərinə görə, hər iki ölkə qarşılıqlı turist axınının artırılması üçün yaxşı potensiala malikdir. "Gələcəkdə biz həmçinin elm, təhsil, İKT, sənaye və energetika sahələrində ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindəyik ", - deyə o əlavə edib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, Azərbaycan və Estoniya arasında mövcud olan yaxşı münasibətlər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün stimul yaradır.
"Estoniyada texnologiyaların inkişaf səviyyəsini və Azərbaycanın yürütdüyü iqtisadi siyasəti nəzərə alaraq, hansısa "iqtisadi körpü" yaratmaq olar”, - deyə Azərbaycan tərəfdən komissiyanın həmsədri olan Ə.Abbasov vurğulayıb.
Nazir həmçinin bütün regional məsələlərlə bağlı Estoniyanın mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsindən məmnunluq bildirib və deyib ki, hər iki ölkənin şirkətləri üçüncü ölkələrin bazarlarına çıxış məsələsini nəzərdən keçirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət