Azərbaycanda 2012-ci ilin yanvar-may ayları ərzində 1 035 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb.
“Bu yol-nəqliyyat hadisələrində 313 nəfər həlak olub, 1144 nəfər yaralanıb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə, 2011-ci ildə Azərbaycanda 2 890 yol-nəqliyyat hadisəsi baş verib, bu isə 2010-cu illin göstəricisindən 6,2% çoxdur. Bununla yanaşı, nəticədə 1016 nəfər (9,8%) həlak olub, 3031 nəfər (5,6%) yaralanıb.
“İcbari Sığorta Bürosu son vaxtlar respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayının artması ilə əlaqədar ciddi narahatlığını ifadə edir “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2012-ci il aprelin 18-dən etibarən baş verən yol-nəqliyyat hadisələri üzrə sağlamlığına zərər dəyən şəxslərə İcbari Sığorta Bürosu kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlayıb”, - deyə məlumatda qeyd edilir. .
Şəxsin sağlamlığına naməlum avtonəqliyyat vasitəsilə zərər vurulduqda, həmçinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda (zərərçəkənin zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı irəli sürdüyü tələb təmin edilmədikdə) zərərçəkən şəxslər (onların öldüyü halda ailə üzvləri) kompensasiya ödənişi almaq üçün İcbari Sığorta Bürosuna müraciət edə bilərlər.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətlərinin iflasa uğradıqları zaman həyata keçiriləcək
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşacaq. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödəyəcəkləri daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə ümumi tədiyə məbləğinin 5%-ni büronun hesabına köçürəcəklər.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət