“Rusiya-Azərbaycan dialoqu 2012” Rusiya-Azərbaycan III Regionlararası Forumunun yekunları üzrə Yekun Bəyannamə qəbul olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
“Forumunun iştirakçıları Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Regionlararası əməkdaşlığın inkişafı Azərbaycan və Rusiya xalqlarının köklü maraqlarına cavab verir, etimadın və qarşılıqlı yaxınlaşmanın möhkəmlənməsinə xidmət etdiyinə əminlik ifadə olunub”, - deyə bəyanatda bildirilir.
Sənədə əsasən, forum iştirakçıları əməkdaşlığın inkişafının prioritet istiqamətləri sırasında qarşılıqlı sərfəli ticarətin inkişafı üçün münbit şəraitin formalaşdırılması, istehsal kompleksinə investisiyaların artırılması, əmək miqrasiyası sahəsində ikitərəfli müqavilə bazasının mükəmməlləşdirilməsi, nəqliyyat kommunikasiyaları və rabitə sahəsinə dəstək mexanizmlərinin yaradılması və onların inkişafı, aqrosənaye kompleksi sahəsində əməkdaşlığın inkişafı, yanacaq-energetika, sənaye və aqrosənaye, nəqliyyat kompleksləri sahəsində sahələrarası dialoqun intensivləşdirilməsi, maliyyə sektorunda əməkdaşlıq, ətraf mühitin mühafizəsini qeyd ediblər.
“Tədbir iştirakşıları əmindirlər ki, bu cür regional əməkdaşlıq məsələlərinin müzakirə formatı iki ölkənin regionlarının qarşılıqlı əlaqə meydançası kimi və Azərbaycan və Rusiyanın dostluq münasibətlərinin möhkəmlənməsinə imkan yaradan səmərəli mexanizm potensialını daha açıq şəkildə nümayiş edəcək”, - deyə bəyanatda qeyd olunur.
Tədbir Azərbaycan və Rusiya Prezident Administrasiyasının dəstəyi ilə Avrasiya Araşdırmalar İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil edilib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət