Azərbaycanın Day.az portalı Ermənistanda “İnterfaks” Rusiya informasiya agentliyinin brendinin qanunsuz istifadəsinə münasibət bildirib. Oxuculara həmin məqaləni təqdim edirik.
Tənbəllikdən qorxulu şeylər mövcuddur – bu səfehlərin cəhdləridir.
Əgər siz darıxırsınız, işininz yoxdursa və əylənmək istəyirsinizsə, Ermənistanın informasiya resurslarına daxil olun. Əyləncəyə zəmanət verilir.
Erməni başabəla piarçıları göründüyü kimi, ilk baxışdan cəfəngiyat üsulla vaxtında ölkəni bu cür reklam edirlər. Düzdür, vəziyyəti bilməyənlərə bu cəfəngiyat görünəcək. Lakin, hörmətli oxucu, biz sizinlə bilirik ki, son zamanlar Ermənistana aid olan hər bir şey, oradan daxil olan məlumatlar bəzən o dərəcədə cəfəng xarakter daşıyır ki, gülmək, gülmək və yenə də gülməkdən başqa heç nə etmək olmur. Həm də barmağı gicgahın yanında fırlatmağı unutmamaq lazımdır. Belə, məşq üçün... KİV, məlum olduğu kimi, cəmiyyətin simasıdır. Erməni KİV-ləri çoxdan və ağır “xəstə”dir. Lakin onları heç kim müalicə etmək niyyətində deyil. Xəstəlik isə şiddətlənir...
Bir gün öncə qəfildən hansısa “İnterfaks-Ermənistan” informasiya agentliyinin peyda olması məlum olub. Yuxarıda qeyd olunan agentliyin dünyada məşhur Rusiya agentliyinin törəməsi olduğunu aydınlaşdırmaq, düşünürəm ki, ən sadə İnternet istifadəçisi üçün çətin deyil.
Nəticə olaraq, dərhal məlum olub ki, Rusiyanın “İnterfaks” İnformasiya Agentliyinin fırıldaqçı “İnterfaks-Ermənistan”a heç bir aidiyyatı yoxdur. Həyasızcasına dünyada məşhur brendi istifadə etməyin yolunu tapan fırıldaqçılar (bununla bərabər onların nəyə ümid etdikləri aydın deyil) dərhal Interfax.am ünvanını tərk etməli olublar. İndi bu portalın əsas səhifəsində guya satıldığı barədə məlumat yerləşdirilib, fırıldaqçılar isə İnterfax-region.com ünvanına keçiblər.
Bunun nə sayt olduğu, kimə məxsus olması və arxasında kimin dayanması barədə təbii olaraq məlumat verilmir. Saytda yalnız qısa olaraq qeyd olunub ki, guya sayt bir qrup entuziastlar tərəfindən Cənubi Qafqaz regionunun dövlətlərinin aktual hadisələrini işıqlandırmaq, məlumatların və informasiya materiallarının yayılması üçün yaradılıb. Entuziastların adları, təbii ki, həmçinin sirr olaraq qalır.
Bunlar azmış kimi, sayt pafosla guya “rasist və ya ksenofob xarakterli məqsədlər güdmədiyini, heç kimin ünvanına təhqiredici fikirlərin olmadığını, həmçinin digər kütləvi informasiya vasitələri ilə əlaqəyə iddia etmədiyini” bəyan edir.
Bununla yanaşı, sayta ötəri nəzər yetirməklə bu portalın məqalələrinin demək olar ki, hamısının Azərbaycanı ləkələmək cəhdinə həsr olunduğunu anlamaq mümkündür.
Bu bizim üçün yenilikdir? Biz buna təəccüb edirik, qəzəblənirik? Əsla. Çoxdan və sadəcə olaraq gülümsəyirik.
Erməni təbliğatçılarının miqyasına görə ağılca məhdudluğunu həqiqətən anlamaq çətindir. Hələ ən başlıcası isə, dünyada məşhur Rusiya brendinin müvafiq icazə olmadan qanunsuz istifadəsi və bunu reallaşdırmağa cəhd etmək fikrinə düşmək lazımdır!
Maraqlıdır, bu “dahiyanə” planın müəllifləri nəyə ümid edirdilər? Açıq dələduzluğun və bütün ağlasığan qanunların pozulmasını heç kəsin nəzərə almayacağına?
Axmaqlıqdır, düz deyil mi...
Mənə elə gəlir ki, cənablar, Azərbaycanın sazlanmış və dəqiq informasiya siyasətinə nə isə qarşı qoymaq məqsədi ilə buna nə insan, nə intellektual, nə heç bir digər resursları olmayan erməni təşviqat təbliğatçısı sadəcə olaraq isteriyaya tutulub.
Bərabər mübarizə aparmaq üçün heç bir imkanları olmayan Serj Sarqsyanın əlaltıları açıq şəkildə oğurluğa əl atırlar.
Amma... biz nə barədə danışırıq? Bu axı onlardır, Ermənistan adlı anlaşılmaz törəmənin bossları. Axı onlar bizim torpaqları işğal altında saxlamağa davam edir, bununla yanaşı çox yaxşı anlayırlar ki, Ermənistan əhalisi bundan digərlərindən çox əziyyət çəkir. Məgər onlar xalqı düşünür? Məgər bu soyğunçu dəstə Ermənistan vətəndaşlarına öz xalqı kimi münasibət bəsləyir?!..
Onların hər bir təşəbbüsü yeganə məqsəd güdür – şəxsi varlanma. Qalan heç nəyin mənası yoxdur. Güclü və inkişaf edən Azərbaycana nə isə qarşı qoymaq cəhdləri öncədən iflasa məhkumdur. Bunu anlayaraq erməni bosslarına açıq şəkildə oğurluq əməllərinə əl atmaqdan başqa heç nə qalmır. Uşaqlar, Rusiya brendinin qanunsuz istifadəsi, bu sizin üçün erməni konyakının markalarını ştamplamaq deyil. Buna görə cavab vermək lazım olacaq. Əminəm ki, Moskvada bunu elə-belə qoymayacaqlar.
Hələlik isə, erməni təbliğatçılarına 10 il media bazarında mövcud olan “İnterfaks-Azərbaycan” informasiya agentliyinin hər gün səhifələrini oxumaq və asta-asta paxıllıq etmək və öz mövqeyilərinin çarəsizliyindən dəli olmaq qalır.
“İnterfaks-Azərbaycan” informasiya agentliyindən P.S.: “İnterfaks-Ermənistan” agentliyinin yaradılması yalnız “İnterfaks” brendinin qanunsuz istifadəsi ilə deyil, həm də praktiki olaraq, “İnterfaks-Azərbaycan” agentliyinin saytının dizaynının həm Interfax.am saytında, o cümlədən Interfax-region.com ünvanına keçəndən sonra tam surətinin çıxarılması ilə müşaiyyət olunub. Təbii ki, buna heç kəs icazə verməyib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət