Azərbaycan Hökuməti qeyri-neft sektoruna kiçik və orta sahibkarlığa dəstəyi gücləndirməyi, innovasiyaların stimullaşdırılmasını, regionların sonrakı inkişafını planlaşdırır .İqtisadsi inkişaf naziri Şahin Mustafayev “Rusiya” qəzetinin “Azərbaycan” əlavəsində dərc edilmiş məqalədə belə bildirib.
“Bu gün Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olur. Keçmişdə yüksək artım tempini təmin edən bir sıra obyektiv səbəblər artıq gələcəkdə bu funksiyanı yerinə yetirə bilməz.Bu bir gerçəklikdir ki, dünya bazarlarında rəqabət get- gedə kəskinləşir, daxili bazara isə nisbətən ucuz idxal təzyiq göstərir”.- deyə Ş.Mustafayev bildirib.
Onun fikrincə, sosial -iqtisadi inkişafın sabit tempinin saxlanılması üçün iqtisadi artımın yeni amillərini işə salmaq lazımdır .”Bu baxımdan biz qeyri- neft sektoruna , kiçik və orta biznesə, innovasiyaların stimullaşdırılmasına, regionların sonrakı inkişafına dəstəyi gücləndirmək niyyətindəyik. İKT, turizm, nəqliyyat, energetika - xüsusən də bərpa oluna bilən və alternativ enerji, aqrar məhsulun təkrar emalı kimi prioritet sahələri də bura əlavə etmək lazımdır”,- deyə o vurğulayıb.
Qarşıda duran məsələlərin miqyasını diqqətə alaraq ölkə iitisadiyyatına yeni baxış strategiyasının formalaşdırılması məqsədi ilə “Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası işlənib hazırlanır.”Bu proqram sənədində yuxarıda göstərilən siyasi-iqtisadi tədbirlər öz əksini tapacaq.Bu tədbirlərin gerçəkləşdirilməsi Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan - qarşıdakı 10 il ərzində ÜDM həcmini iki dəfə artırmaq və bu artıma iqtisadiyyatın qeyri-neft sektorunun hesabına nail olmaq məqsədinə çatmağa imkan verəcək”,- deyə məqalədə bildirilir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Hökumətinin ortamüddətli proqnozlarına əsasən,respublika iqtisadiyyatının orta illik tempi 4-5% təşkil edəcək, eyni zamanda qeyri -neft sektorunda müvafiq göstərici 7%-dən çox olacaq.
Qarşıdakı 5 il ərzində qeyri-neft sektorunda əsas kapitala investisiyaların həcmi $60 mlrd. məbləğində proqnozlaşdırılır.
Nazir əlavə edib ki, qeyri neft sənayesində innovasiya məhsulları istehsalının artımı məqsədi ilə Sumqayıt Texnologiyalar Parkı yaradılıb.Burada 12 müasir zavod fəaliyyətdədir, daha 6 zavodun tikintisi edavam etdirilir. Sumqayıt Texnologiyalar Parkında istehsal edilən məhsullar keyfiyyəti ilə seçilir və dünyanın bir çox ölkələrinə ixrac edilir.
“Sumqayıt, Balaxanı,Gəncə və Qaradağda da sənaye parklarının yaradılması üzrə tədbirlər davam etdirilir.Bu sənaye parklarının əsas məqsədi ölkəyə investisiyaların , yüksək texnologiyaların cəlb edilməsi, innovasiya layihələrinin stimullaşdırılması və nəticə olaraq iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir”.- deyə o bildirib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının difersifikasiyası dövlət tərəfindən özəl sektora dəstək,biznes mühitinin yaxşılaşdırılması şərti ilə sahibkarlığın inkişafı əsasında həyata keçirilir.
Sahibkarların maliyyə mənbələrindən istifadəsi artıb, onlara verilən güzəştli kreditlərin həcmi əhhəmiyyətli dərəcədə çoxalıb. Yalnız SKMF xətti ilə qeyri- neft sektorunda 12 min layihə üzrə təxminən $1 mlrd. məbləğində kreditlər ayrılıb. Bununla yanaşı, innovasiya, ixracyönümlü və idxalı əvəz edən məhsulların istehsalına yönəlmiş layihələrə üstünlük verilib”, - deyə o qeyd edib.
Hazırda özəl sektorun payı Azərbaycanın ÜDM-də 83%, əhalinin ümumi məşğulluğunda isə 70%-dən çox təşkil edir.
"Azərbaycan xarici investisiyalara qarşı açıq qapı siyasəti yürüdür, xarici investorların fəaliyyəti üçün hər hansı xüsusi icazələr tələb olunmur . Qeyri-neft sektorunun və ümumilikdə iqtisadiyyatın difersifikasiyasına yönəldilmiş investisiya siyasətinin nəticələri barədə investisiyaların sahə strukturları üzrə də mühakimə yürütmək olar.Belə ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına qoyulmuş $120 mlrd. investisiyadan təxminən $70 mlrd. qeyri-neft sektorunun payına düşür.Bununla yanaşı, Azərbaycan investisiya ixracatçısına çevrilib və Türkiyə, Rusiya, Balkan ölkələri, Ukrayna və digər dövlətlərin iqtisadiyyatına çoxmilyardlıq investisiyalar yatırıb”.- deyə nazir vurğulayıb.
Ş.Mustafayev hesab edir ki, yaradılmış möhkəm baza ölkənin iqtisadi inkişafının perspektivlərinə optimist baxışa imkan verir.”Müxtəlif ortamüddətli proqnozlar gələcək makro- iqtisadi sabitliyi və iqtisadi artımı təsdiq edir.Bununla yanaşı, əsas xüsusiyyət bu olacaq ki, iqtisadi artım əsasən qeyri-neft sektorunun hesabına təmin ediləcək”,- deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət