Almaniya mətbuatının Azərbaycan barədə tənqidi yazıları hökümətin rəsmi mövqeyini əks etdirmir. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Qerbert Kvelle bəyan edib.
“Bir sıra Azərbaycan mətbu orqanı bəyan edir ki, dəfələrlə Azərbaycanda siyasi vəziyyətə, söz azadlığı, siyasi məhbuslar mövzularına toxunan mətbuata Almaniya höküməti nəzarət edir. Lakin, keçmiş eks-prezident Kristian Vulfun nümunəsində (2012-ci ilin fevral ayında istefa edən) bütün dünya əmin oldu ki, Almaniya mətbuatı öz fəaliyyətində azaddır”, - deyə Q.Kvelle bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Almaniya forumunda bildirib.
Səfir qeyd edib ki, Azərbaycana ünvanlanan kəskin tənqidin artımı 2011-ci ildə Düsseldorfda (Almaniya) keçirilən “Eurovision” mahnı müsabiqəsində Azərbaycan dueti qalib gələndən sonra yaranıb. “Bundan öncə Azərbaycan barədə Almaniyada çox az məlumat vardı. Lakin Azərbaycan duetinin “Eurovision”da qalibiyyətindən sonra bu ölkəyə maraq artıb”, - deyə o bildirib.
Diplomat həmçinin qeyd edib ki, Almaniya tərəfi rəsmi Bakı ilə bütün sahələrdə münasibətlərin inkaşafının tərəfdarıdır və Azərbaycana aid olan öncəki mövqeyini qoruyur. “Mən mədəniyyət sahəsində münasibətləri inkişaf etdirməyə çalışıram. Son zamanlarda Azərbaycanın mədəni irsinin tarixi abidələrinin olduğu yerlərə bizim sıx-sıx səfərlərimiz olur. Biz ikitərəfli münasibətlərin inkişafı üçün daha artıq səy göstərəcəyik”, - deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət