Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycan rəhbərliyi tərəfindən yürüdülən siyasətin əsas prioritetlərindən biridir.Prezident Administrasiyasının İctimai – siyasi şöbəsinin müdiri Əli Həsənov belə söyləyib.
“Qeyri- hökumət təşkilatları Azərbaycan rəhbərliyinin tərəfdaşlarıdırlar”,- deyə Ə.Həsənov bazar ertəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkil etdiyi “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT və hökumət dialoqu” mövzsunda keçirilən dəyirmi masada bildirib
Onun sözlərinə görə,QHT və dövlət ictimai, siyasi, iqtisadi, mədəni sosial sahələrdə fəaliyyət istiqamətlərini birləşdirirlər. ”Azərbaycan prezidentinin dəfələrlə qeyd etdiyi kimi, biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik”.
QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institutdur. QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır”,- deyə o qeyd edib.
Ə.Həsənov söyləyib ki, keçirilən indiki dəyirmi masa mövcud problemlərin, hökumət və QHT-lər arasında gələcək əməkdaşlıq perspektivlərinin açıq müzakirəsi məqsədi daşıyır .”Debatların yekunlarına əsasən, biz 2007-ci ildən fəal surətdə əməkdaşlıq etdiyimiz vətəndaş cəmiyyəti institutları ilə gələcək inkişaf perspektivlərini, münasibətlərin sonrakı taktika və strategiyasını müəyyənləşdirəcəyik”,- deyə o əlavə edib.
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev söyləyib ki, dövlət 2007-ci ildən etibarən QHT-lərlə aktiv əməkdaşlıq edir.”Dövlət başçısı QHT-lərlə iş üzrə açıq siyasət aparır.Son illər ərzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası1400-dən artıq layihə və proqramın maliyyələşdirilməsinə $12 mln. vəsait ayırıb”,- deyə A.Quliyev bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət