Azərbaycan Prezidenti İlham Əliyev Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında azərbaycanlı idmançıların uğurla çıxış edəcəyinə əmindir.
“Əminəm ki, Londonda keçiriləcək Olimpiada Azərbaycan idmanının növbəti təntənəsi olacaq”,- deyə İ.Əliyev Azərbaycan nümayəndə heyətinin olimpiadaya yola salınması mərasimində bildirib.”İnterfaks –Azərbaycan”agentliyinin müxbiri mərasimdən məlumat verir.
“Azərbaycan idmançılarının Olimpiya oyunlarında çıxışlarının müsbət dinamikası özü haqqında danışır.Əgər Atlantada biz 1, Sidneydə 3, Afinada 5 medal qazanmışdıqsa, Pekində Azərbaycan idmançıları artıq 7 medal qazandılar. Bu göstəricilər bizə imkan verir ki, London Olimpiadasında daha böyük uğurlara və daha çox medala ümid edək”,- deyə Prezident qeyd edib.
O söyləyib ki, Azərbaycan idmançılarının oyununu şəxsən müşahidə edəcək və idmançılardan qələbə gözləyəcək.
“Biz Londona böyük uğurlar qazanmağa qüvvəsi çatan, çox güclü komanda göndəririk. Nümayəndə heyətinin tərkibinə 53 idmançı daxildir ki, bu da bizim dövlətimizin idman potensialını göstərir”- deyə dövlət başçısı qeyd edib.
“Mən ölkə prezidenti vəzifəsinə idman aləmindən gəlmişəm.Demək olar ki,ölkə rəhbərliyində mən idmançıları təmsil edirəm”,- deyən Prezident əlavə edib ki, o dövlət başçısı vəzifəsini tutmasına baxmayaraq ,15 ildir Milli Olimpiya Komitəsinə başçılıq edir.
İ.Əliyev söyləyib ki, Azərbaycan idmançıları hər il müxtıəlif beynəlxalq yarışlarda yüzlərlə medallar qazanırlar.
“ İdmançılarımız üçün qələbəyə əsas stimul vətənə və xalqa sevgidir”.- deyən dövlət başçısı onu da bildirib ki. Azərbaycanda idmanın uğurlu inkişafı dünyanın ayrı- ayrı ölkələri tərəfindən fəal surətdə öyrənilir.
Onun sözlərinəı görə, Azərbaycanın idman sahəsində müsbət idarəçilik təcrübəsi müxtəlif federasiya və digər idman birlikləri arasında narazılıqlar olan ölkələrdə böyük maraq doğurur.
“Azərbaycanda bütün idman federasiyaları və strukturları vahid komanda kimi işləyirlər”- deyə o qeyd edib.
Dövlət başçısı nümayəndə heyətinin tərkibində Olimpiya oyunlarında ilk dəfə iştirak edəcək çoxlu gənclər olmasına şad olduğunu söyləyib.
“Mən çox şadam ki, insanların idmana axını kütləvi xarakter alıb”.- deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, dövlət ölkədə idmanın inkişafına böyük diqqət ayırır, həmçinin idmançıların sosial problemlərini də həll edir.
”Hər il 20-30 idmançı yeni mənzil alır. Bu praktika 1997-ci ildən başlayaraq artıq 15 ildir həyata keçirilir. Bu proses davam edəcək, yarışların mükafat fondu artırılacaq”.- deyə Prezident qeyd edib.
Dövlət başçısı Azərbaycanda idmanın uğurlu inkişafı üçün müasir idman infrastrukturunun yaradılmasını əsas amillərdən biri adlandırıb .Bu ölkədə beynəlxalq idman yarışlarının, o cümlədən dünya və qitə turnirlərinin keçirilməsinə səbəb olur.
“Bu gün Azərbaycanda 34 regional Olimpiya kompleksi fəaliyyət göstərir.Hazırda 8 kompleksin tikinbtisi davam etdirilir.Əminəm ki, tezliklə hər regionda belə idman kompleksləri olacaq”.- deyə İ.Əliyev bildirib.
O həmçinin, qeyd edib ki, bu il Bakıda regionda ən böyük Olimpiya kompleksinin tikintisi başlanacaq. Bundan başqa, böyük üzgüçülük kompleksinin tikintisi planlaşdırılır, gimnastlar üçün komplek inşa edilməyə başlayıb.Tezliklə Tofik Bayramov adına Respublika Stadionu əsaslı təmirdən sonra açılacaq.
İ.Əliyevin sözlərinə görə, bu ilin may ayında “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi Cristal Hall beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün istifadə oluna bilər
Tədbirin sonunda London Yay Olimpia oyunlarında iştirak etmək üçün lisenziya qazanmış idmançıların hər biri səhnədə Azərbaycan Bayrağı qarşısında diz çöküb və bayrağı öpüb. Azərbaycan Prezidenti hər bir idmançıya Olimpiadada uğurlu çıxış etməyi arzulayıb.
XXX Yay olimpiya Oyunları Londonda iyulun 27-dən avqustun 12-nə qədər keçiriləcək. Azərbaycanı olimpiya oyunlarında 16 idman növü üzrə 53 idmançı təmsil edəcək ki, bu ölkənin ən yaxşı göstəricisidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət