Azərbaycan XİN may ayında iki Azərbaycan vətəndaşının həbs edilməsinə dair İran tərəfindən heç bir rəsmi məlumat almayıb. Bu barədə nazirliyin mətbuat katibi Elman Abdullayev məlumat verib.
“İran KİV-lərində yayılan bu cür məlumatların əsası yoxdur və cəmiyyətin fikrini çaşdırmağa yönəlib”.- deyə E.Abdullayev “İnterfaks –Azərbaycan”agentliyinə İran KİV-lərinin Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin casus kimi təqdim edilməsi barədə məlumatıları şərh edərkən bildirib.
“Azərbaycan XİN İranda saxlanılan Azərbaycan vətəndaşları ilə görüş keçirmək üzrə səyləri israrla davam etdirir”,- deyə XİN nümayəndəsi bildirib.
E.Abdullayev qeyd edib ki, yalnız İran XİN tərəfindən daxil olan məlumat rəsmi məlumat sayıla bilər.
May ayının əvvəlində İranda həbs edilən iki Azərbaycan vətəndaşı casusluq fəaliyyəti iləəlaqədar ittiham edilir.Bu barədə çərşənbə axşamı İranın “Press TV” dövlət kanalında İranın rəsmi şəxslərinə istinadən bildirilib.
“Toplanan dəlillər göstərir ki, Şəhriyaqr Hacızadə və Fərid Hüseyn İran ərazisinə Azərbaycan Respublikasının kəşfiyyat orqanlarının tapşırığı ilə gəliblər “.- deyə Iranin Cənubi Azərbaycan vilayətinin rəsmi nümayəndəsi anomnimliyinin saxlanılması şərti ilə məlumat verib.
. Onlar bir neçə separatçını əməkdaşlığa cəlb etməli və İran dövləti əleyhinə fəaliyyətdə onlardan istifadə etməli idilər”. – deyə iran rəsmisi qeyd edib
Keçən həftənin sonunda Tehrandakı Azərbaycan səfirliyi iki Azərbaycan vətəndaşının naməlum şəraitdə saxlanılması ilə əlaqədar İran tərəfinə növbəti nota təqdim edib. XİN nümayəndəsi E.Abdullayev belə söyləyib.
Notada bizim nümayəndəmizin saxlanılan şəxslərlə görüşünün təşkil edilməsinin vacib olduğu bildirilir”.- deyə diplomat qeyd edib.
Azərbaycan tərəfi bildirib ki, 2012-ci il mayın 2-də İranın Təbriz şəhərində poeziya festivalında iştirak edən Şəhriyar Haçızadə və Fərid Hüseyn həbs ediliblər.
XİN nümayəndəsinin sözlərinə görə, İran tərəfi Azərbaycanın nümayəndəsinin saxlanılan şəxslərlə görüşməsü barədə XİN-in təklifinə saymazyana yanaşmanı davam etdirir.
İranın dövlət telekanalının məlumat veriyi kimi, Azərbaycan vətəndaşları “İrana mədəni təşkilat nümayəndələri adı altında iranlı ortaqları tərəfindən göndərilmiş saxta dəvətnamələrlə gəliblər”
Telekanal iddia edir ki, Azərbaycan vətəndaşları “strateji rayon və obyektlərin fotoşəkillərini və onlar barədə məxfi məlumatlar əldə ediblər.Kanal bildirib ki, son illər Azərbaycan Respublikası “İsraillə əlaqəli cəsus və terrorçuların” fəaliyyəti üçün əlverişli məkana çevrilib.
“İki agent tərəfindən tətbiq edilən metodlar İsrailin çoxdan gerçəklkəşdirməyə çalışdığı metodlarla eynidir”,- deyə telekanalın məlumatında bildirilir.
“İsrail tərəfindən ekstremistlərin Azərbaycan Respublikasında toplanması və onlara dəstək göstərilməsi, onlara ən son, lazımi vəsaitlər təqdim etmək, eləcə də bu agentlərin imkan düşən kimi İrana göndərilməsi iki ölkə arasında (İran və Azərbaycan- İF) gərginliyin əhəmiyyətli dərəcədə kəskinləşməsinə gətirib çıxarıb”.- deyə İran telekanalı vurğulayıb.
Bununla belə, əvvəllər Azərbaycan XİN nümayəndəsi bir sıra İran KİV-lərinin Azərbaycan vətəndaşlarının İsrail Xüsusi Xidmət orqanları tərəfindən casusluqda ittiham edilməsinə dair yayılan məlumatları əsassız adlandırıb.
E.Abdullayev bildirib ki, İranın XİN xətti ilə iki Azərbaycan vətəndaşının yalnız hansısa cinayətlə əlaqədar saxlanıldığı barədə məlumat daxil olub.
XİN nümayəndəsi deyib ki, Bakı bu işi bütünlüklə aydınlaşdırmaq üçün tədbirləri davam etdirəcək
“Biz vətəndaşlarımızın əsassız cinayətlərə görə ittiham edilməsinə imkan verməyəcəyik”,- deyə diplomat vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət