Rusiya radarın icarə haqqını azaltmaq üçün Qəbələdə (Azərbaycan) tutulan həcmləri azaltmağa hazırdır. Bu barədə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov cümə axşamı jurnalistlərə bəyan edib.
“Danışıqlar davam etdirilir. Biz tərəfdən müdafiə naziri, Azərbaycan tərəfdən isə baş nazirin müavininin rəhbərliyi altında müvafiq qruplar yaradılıb. Biz təkliflərimizi göndərmişik, onlara cavab gözləyirik”, - deyə A.Serdyukov Kalininqradda keçirilən MDB müdafiə nazirləri Şurasının iclası çərçivəsində azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyev ilə danışıqların yekunlarına dair bildirib.
Onun sözlərinə görə, yaxın aylarda bütün nöqteyi-nəzərlərin kifayət qədər ətraflı müzakirələrini keçirmək planlaşdırılır. “Bu təkliflər əsasında biz tutulan sahələrin, hansısa obyektlərin azaldılması kimi əhəmiyyətli məqamları hazırlamışıq. Bu proses işçi xarakter daşıyır və indi nəticələr barədə danışmaq tezdir”, - deyə nazir bildirib.
İnformasiya-analitik mərkəz statusuna malik “Daryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
Hələlik tərəflər icarə haqqı məsələsinə dair vahid fikrə gəlməyiblər. Bir sıra Rusiya mətbuatının məlumatlarına əsasən, Azərbaycan ilk olaraq Rusiya tərəfindən illik icarə haqqını $15 mln., sonra tələb edilən məbləği $150 mlnş-a., son zamanlar isə - $300 mln.-a qədər artırıb.
Xəbər verildiyi kimi, RF-nin müdafiə naziri Anatoli Serdyukov 2011-ci il iyul ayında Bakıda keçirilən danışıqlarda Qəbələ RLS –in icarəsi barədə yeni müqavilənin işlənib hazırlanması barədə razılığa gəlib.
Ekspertlərin qiymətləndirməsinə görə,Qəbələ RLS Rusiya RƏM sisteminin vacib elementidir. stansiya cənub istiqamətindən ehtimal olunan hər hansı raket zərbələri barədə öncədən xəbərdarlığı təmin edir.Rusiya ABŞ-a Qəbələ RLS-dən RƏM maraqları əsasında birgə istifadə etmək təklifi verib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət