ATƏT-in Minsk qrupunun həmsədr-ölkələri Ermənistana təzyiqi gücləndirməlidir, əks təqdirdə onların Dağlıq Qarabağ regionuna səfərləri nəticəsiz olaraq qalacaq. Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə hesab edir.
“Faktiki olaraq, konkret nəticə hələ ki, yoxdur. Bunun səbəbi – separatçı Ermənistan rəhbərliyidir və Qərb vəziyyəti daha yaxşı anlayaraq həmsədrlərin missiyası ilə müvafiq olaraq adekvat addımlar atmalıdır”, - deyə N.Məmmədov çərşənbə axşamı həmsədrlərin Bakıya səfəri ilə əlaqədar “Lider” telekanalına bildirib.
Prezident Administrasiyasının nümayəndəsi xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan və Soçidə görüşləri Ermənistanın destruktiv mövqeyinə görə heç bir nəticə verməyib. N.Məmmədovun sözlərinə görə, Ermənistan nizamlama prosesini uzatmaq üçün bütün imkanlardan istifadə edir. “Bu danışıqlar prosesinin uzadılması üzrə siyasət uzun müddət davam edə bilməz”, - deyə o vurğulayıb.
N.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanın hərbi potensialının artmasından narahat olan ictimaiyyət arasında ajiotajı azaltmaq üçün bu gün hərbi ritorika ilə məşğul olur.
Dünən axşam ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə zonasına növbəti səfər çərçivəsində Bakıya gəliblər. Çərşınbə axşamı onlar qoşunların təmas xəttindəki hissələrin birində ATƏT-in monitorinqində iştirak edəcəklər. Bundan sonra bu xətti keçərək Azərbaycanın işğal olunan torpaqlarında vəziyyətlə tanış olacaqlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət