Naxçıvan MR-nın Bəstəkarlar Təşkilatının fəaliyyətində böyük irəliləyişlər müşahidə edilir. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bəstəkarlar Təşkilatının hesabat konsertinin rəsmi hissəsində bəyan edib.
“Naxçıvan MR-nın Bəstəkarlar Təşkilatı 34 illik zəngin təcrübəyə malikdir. Təşkilat müvəffəqiyyətlə fəaliyyət göstərən strukturdur və yüksək maddi-texniki imkanlara malikdir”, - deyə F.Əlizadə qeyd edib. Onun sözlərinə görə, son illərdə Naxçıvan bəstəkarlarının əldə etdikləri nailiyyətlər, Muxtar Respublikada gənc musiqiçilərin formalaşması istiqamətində həyata keçirilən tədbirlər və yaradılan şərait mədəniyyətin, həmçinin musiqinin inkişafına olan yüksək qayğının nəticələridir. F.Əlizadə vurğulayıb ki, ölkənin Bəstəkarlar İttifaqının üzvləri naxçıvanlı həmkarları ilə daimi əlaqələr saxlayır, onlarla yaradıcılıq müzakirələri aparırlar. “Bu gün Naxçıvan MR-nın Bəstəkarlar Təşkilatının fəaliyyətində böyük irəliləyişlər müşahidə edilir. Naxçıvanlı bəstəkarlar müxtəlif janrlarda yazdıqları əsərlərlə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirirlər”, - deyə Bəstəkarlar İttifaqının sədri bildirib. Onun fikrincə, Muxtar Respublikada musiqinin inkişafı istiqamətində həyata keçirilən işlər gələcəkdə daha böyük uğurların əldə edilməsinə stimul verəcək.
Tədbirdə çıxış edən Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımovun sözlərinə görə, MR-da bəstəkar və musiqişünasların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, naxçıvanlı bəstəkarların əsərləri artıq böyük konsert salonlarında səslənir. “Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha da genişləndirib, bəstəkarlarımızı yeni əsərlər yaratmağa ruhlandırır”, - deyə Ş.Qasımov bildirib.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xorunun, estrada orkestrinin müşayiəti ilə yerli bəstəkarların hesabat konserti olub.
Konsertdən sonra tədbirdə iştirak edən Ali Məclisin sədri V.Talıbov bəstəkarlarla görüşüb. O, uğurlu konsert proqramına görə onları təbrik edərək Muxtar Respublikanın bəstəkarlarının milli musiqi xəzinəsini yeni mahnılarla, dəyərli sənət nümunələri ilə zənginləşdirdiklərini qeyd edib. Naxçıvan MR-nın başçısının sözlərinə görə, MR-da yaşayıb fəaliyyət göstərən gənc və təcrübəli bəstəkarların yaradıcılığı bu sahədə də varislik ənənələrinin uğurla davam etdirildiyini göstərir. Bu gün təkcə paytaxt Bakıda deyil, ölkəmizin regionlarında, eləcə də Naxçıvan MR-də istedadlı sənətkarlar, peşəkar ifaçılar yetişir. V.Talıbov bəstəkarlara yeni yaradıcılıq uğurları arzulayıb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət