Meksika Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Bu barədə Meksika Senatının sədr müavini Fransisko Arroyo Vieyra çərşənbə günü Bakıda Prezident İlham Əliyevlə görüşdə bəyan edib.
Rəsmi KİV-in məlumatına görə, Meksikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Fransisko Arroyo Vieyra ölkələrimiz arasında diplomatik əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, əlaqələrimizin genişləndirilməsində Azərbaycan hökumətinin dəstəyi ilə Meksikada həyata keçirilən mədəni-humanitar layihələrin önəmini qeyd edib.
Senat sədrinin müavini Meksikada ulu öndərin xatirəsinə abidə ucaldıldığını, Meksikadakı meydanların birində isə Azərbaycan-Meksika dostluğunu əks etdirən monumentin və Xocalı soyqırımı abidəsinin qoyulacağını vurğulayıb.
Meksikalı qonaq iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu bildirib.
İ.Əliyev Meksika nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan Prezident bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı Meksika senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirib və minnətdarlığını bildirib.
F.Vieyra azərbaycanlı jurnalistlərlə görüşdə deyib ki, Meksika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O həmçinin bildirib ki, yaxın vaxtlarda Meksika Azərbaycanda səfirliyini açacaq. "Meksika Latın Amerikasında Azərbaycanın səsi olmağa və onun ədalətli mövqeyini bu regionda çatdırmağa hazırdır. Biz həmçinin Bakıda Meksikanın səfirliyini açmağı planlaşdırırıq", - deyə senator qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət