Erməni lobbisi və digər anti -Azərbaycan qüvvələr Bakıda “Eurovision” müsabiqəsi keçirilməzdən əvvəl Azərbaycanın imicinə ziyan vurmağa çalışırdılar.Azərbaycan Prezidenti İlham Əliyev belə bəyan edib.
Burada (Bakıda “Eurovision” keçirilən ərəfələrdə-İF-Az) anti -Azərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə getmişdir. İlk növbədə, erməni lobbisi “,-deyə İ.Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib
“ Mən artıq əvvəllər də demişəm, bu gün də təkrarlayıram. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün bir nömrəli düşmən erməni lobbisidir. “Eurovision” mahnı müsabiqəsi də mənim sözlərimi bir daha təsdiqləyir”,- deyə o əlavə edib.
Dövlət başçısı deyib ki, bu qüvvələr özlərinin gündəlik fəaliyyətləri ilə Azərbaycanı ləkələməyə çalışırlar.”Onlar Azərbaycana zərbə vurmaq üçün özlərinin bütün maliyyə- siyasi güclərini səfərbər edirlər.Təəssüflə deyə bilərəm ki, erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, vardır”,- deyə İ.Əliyev qeyd edib.
Bununla yanaşı, Prezident bildirib ki, bütün bu qüvvələr bu faktla barışa bilmirlərt ki, Azərgbaycan hətta qlobal iqtisadi böhran illərində öz inkişafını davam etdirir.
O qeyd edib ki, Bakıda keçirilən “Eurovision” müsabiqəsi onun keçirildiyi zaman ərzində ən siyasiləşdirilmiş müsabiqə oldu .“Sözün düzü, keçən il bizim i gənc müğənnilərimiz Almaniyada keçirilən müsabiqədə qalib gəldikdə heç təsəvvür edə bilməzdik ki, bu müsabiqə bu qədər siyasiləşdiriləcəkdir. Çünki bu vaxta qədər bu müsabiqə sadəcə olaraq mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz. Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və deyə bilərəm ki, Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı”,- deyən Prezident əlavə edib ki, yarışmanın qaydaları belədir ki, qalib olan ölkə məcburdur ki, bu tədbiri keçirsin və “biz də bunu böyük məsuliyyət kimi qəbul etdik. Doqquz ay ərzində, - bu da dünya miqyasında yəqin ki, rekord göstəricidir, - “Crystal Hall” kimi möhtəşəm idman-konsert sarayını tikdik. Bayraq Meydanı onsuz da genişləndirilirdi, biz orada işləri sadəcə olaraq sürətləndirdik və bütün şəraiti yaratdıq”,- deyə dövlət başçısı vurğulayıb .
Prezident qeyd edib ki, təşkilati nöqteyi-nəzərdən 2ən gözəl müsabiqə idi”. “Bizə gələn minlərlə xarici qonaq təşkilati məsələləri yüksək qiymətləndirdi və bütövlükdə şəhərimizə heyran oldu. Çünki Bakının gözəlliyi elədir ki, Bakıya vurulmamaq mümkün deyil. Biz bütün qonaqları ənənəvi olaraq qonaqpərvərliklə qarşıladıq, çalışdıq ki, onlar üçün gözəl şərait yaradaq və elə edək ki, bu mahnı müsabiqəsi hər bir cəhətdən yadda qalsın və əvvəlkilərdən fərqlənsin. Görürəm və bilirəm ki, biz buna müvəffəq olduq. Bakıda keçirilmiş “Eurovision” müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər”,- deyə söyləyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət