Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistan –Azərbaycan müharibəsi nəticəsində yaranmış status-kvonun saxlanılmasına yönəldilib.Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev belə hesab edir.
“ Vasitəçilərin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində insidentlərin araşdırılması üzrə mexanizmin tətbiq edilməsinə dair təklifi Qarabağ münaqişəsində status-kvonin saxlanılmasına xidmət edəcək”,- deyə F.Quliyev “İnterfaks - Azərbaycan” agentliyinə bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizminin işlənib-hazırlanmasının gərəkli olması barədə söylədiklərini şərh edərkən F.Quliyev deyib ki, belə bir mexaniz yalnız Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tamamilə geri çəkilməsindən sonra işə salına bilər. O ümumilikdə snayperlərin cəbhə xəttindən geri çəkilməsi probleminə vasitəçilərin yanaşmasını primitiv hesab edir.
“Müasir dünyada silahlı insidentlər problemini yalnız snayperlərin cəbhə xəttindən geri çəkilməsi yolu ilə həll etmək mümkün deyil. Müasir müharibələr raketlər artilleriyalar, aviasiya və ş. vasitəsi ilə aparılır, yəni iki ölkənin orduları qarşı - qarşıya dayanır, snayperlərin geri çəkilməsi digər silah növlərinin də geri çəkiləcəyi anlamına gəlmir.Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisindən çıxarılan kimi, snayperlər problemi də özlüyündə həll olunacaq”.- deyə deputat bildirib.
F.Quliyev qeyd edib ki, Ermənistan Azərbaycan münaqişəsi BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmalıdır.”Həmçinin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistandan tələb etməlidirlər ki, öz qoşunlrını Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınmış sərhədələrindən kənara çəksinlər”.- deyə F.Quliyev vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət