Azərbaycan Internet sahəsində aparıcı demokratik ölkələr səviyyəsindədir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə axşamı jurnalistlərə bəyan edib.
Ə.Abbasov qeyd edib ki, İnternet sahəsində problem və çatışmazlıqlarla bağlı məsələlər noyabrda BMT-nın himayəsi altında keçiriləcək İnternet İdarəçilik Forumunda (Internet Governance Forum - IGF) müzakirə olunacaq.
“Lakin, təəssüf ki, bəzi şəxslər ölkəmiz əleyhinə təşviqat aparır, İnternetdə söz azadlığı barəsində reallığa müvafiq olmayan informasiyanı dünya ictimaiyyətinə çatdırır. Azərbaycanda İnternet sahəsində heç bir məhdudiyyət yoxdur və bu xarici strukturların (İnternetin inkişafı ilə məşğul olan – İF-Az) hesabatlarında sübut olunub. Azərbaycan İnternetin səviyyəsi üzrə aparıcı demokratik ölkələrlə eyni pillədədir”, - deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, bu şəxslər, həmçinin bəzi xarici KİV tərəfindən Azərbaycana qarşı analoji kampaniya “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində keçirilib.
Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunda təxminən 1,5-2 min nümayəndənin iştirakı gözlənilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət