Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin profisiti 2012-ci ilin I yarısında 73,75 mln. manat və ya hesabat dövründə fondun gəlirlərinə nisbətdə 5,8% təşkil edib.
DSMF-nin məlumatında qeyd olunur ki, fondun kollegiyası çərşənbə axşamı I yarımillikdə fəaliyyətin nəticələrini geniş tərkibdə iclasda müzakirə edib.
Fondun sədri Səlim Müslümov iclasda qeyd edib ki, cari ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 mlrd. 272,45 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 36,9% çoxdur.
Bununla yanaşı, hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 15,2% - 646,7 mln. manata qədər artıb. “Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 385,1 mln. manat təşkil edib 15,4% artıb. Sahibkarlqla mə.ğul olan fiziki şəxslər üzrə daxilolmalar 9,5%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar - 4,4% artıb”, - deyə S.Müslümov bildirib.
DSMF-nin məlumatına görə, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 261,7 mln. manat təşkil edib (artım 14,8%).
Qalan gəlirlər dövlət büdcəsindən DSMF-nin büdcəsinə transferlər, həmçinin digər gəlirlərin payına düşüb.
S.Müslümov vurğulayıb ki, 2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 mlrd. 198,7 mln. manat təşkil edib. Həmçinin, pensiya və müavinətlərin maliyyələşdirilməsinə xərclər 1 mlrd. 177,6 mln. manat təşkil edib, bu da 2011-ci ilin analoji dövrünə olan göstəricidən 32,8% çoxdur. Pensiya xərcləri hesabat dövründə 1 mlrd. 150,5 mln. manat təşkil edib (artım 33,6%).
Fondun digər xərcləri 21,1 mln. manat təşkil edib.
DSMF-nin 2012-ci ilə kəsirsiz büdcəsinin gəlirləri və xərcləri 2 mlrd. 454,3 mln. manat məbləğində təsdiq edilib.
S.Müslümov əlavə edib ki, DSMF birinci yarımillikdə əhaliyə göstərilən elektron xidmətlər spektrini kifayət qədər genişləndirib, onların sayı hazırda 20-yə yaxın təşkil edir. “Hazırda pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür”, - deyə o vurğulayıb.
Fondun sədri iclasın yekunları üzrə pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət