Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsini yalnız postsovet ölkərində deyil, həm də uzaq xaricdə anırlar. Bu barədə SSRİ xalq artisti, Böyük Teatrın solisti, GİTİS-in vokal kafedrasının müdiri, professor M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya bildirib.
“Müslümün xatirəsinə yalnız Azərbaycan və Rusiyada deyil, həm də uzaq xaricdə ehtiramla yanaşırlar. Müslümün yoxluğunu vətəni tərk edən və xaricdə həmişəlik yaşamaq üçün qalan şəxslər xüsusi hüznlə duyurlar”, - deyə T.Sinyavskaya bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında bildirib.
“Dostumuz Aras Ağalarovun sayəsində Moskvada M.Maqomayev adına konsert zalı açılıb, evimin pəncərəsindən görünən abidə ucaldılıb. Bir tərəfdən bu mənə xoşdur, digər tərəfdən – çox ağırdır”, - deyə o qeyd edib.
T.Sinyavskayanın sözlərinə görə, M.Maqomayevin xatirəsi insanların ürəyində hələ də yaşayır. Bunu şöhrətli müğənninin abidəsi önünə qoyulan təzə güllər sübut edir.
T.Sinyavskaya həmçinin məlumat verib ki, cari ilin fevral ayından etibarən Moskvada və Rusiyanın digər şəhərlərində oktyabrın 5-də M.Maqomayevin 70 illiyinə həsr olunan gecə və görüşlərə hazırlıq işləri keçirilir. “Mən ümumiyyətlə “xatirə gecəsi” ifadəsini istifadə etməyi xoşlamıram. Adətən, M.Maqomayevin 70 illiyinə həsr olunan “görüşlər” və ya “gecə” deyirəm. Görünür, bu mənə daha xoşdur və bu daha düzgün olar”, - deyə o bildirib.
Həyat yoldaşı haqqında danışan T.Sinyavskaya qeyd edib ki, “o müdrik və nəzakətli insan olub, ədəblə hər hansı bir səhvlərimə işarə edərdi”. “Kamil musiqi qavrama qabiliyyətinə malik olduğundan o, çıxışdan öncə məşq zamanı eşidə bilmədiyimi eşidirdi”, - deyə müğənni bölüşüb.
“Sevdiyiniz işlə məşğul olun və sevdiklərinizin yanında olun, bir-birinizə dəstək olun”, - deyə müğənni mətbuat konfransının iştirakçılarına arzularını bildirib.
Bazar ertəsi, mətbuat konfransı başa çatdıqan sonra T.Sinyavskaya M.Maqomayevin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarları önünə güllər qoyub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət