Azərbaycanın Ali Neft Məktəbi iki ixtisas üzrə tələbə qəbulu aparacaq.Ali məktəbin rektoru Elmar Qasımov belə söyləyib.
“Bu ildən ali məktəbə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının hər biri üzrə 50 tələbənin qəbul edilməsi planlaşdırılır.Gələcəkdə ixtisasların sayı artırılacaq”,- deyə E.Qasımov çərşənbə günü mətbuat konfransında söyləyib.
Rektorun sözlərinə görə, təhsil prosesi Britaniyanın Heriot-Vatt Universitetinin proqramı üzrə aparılacaq. Məktəbi bitirən məzunlar hər iki ali məktəbin diplomlarını alacaqlar.
“Beşillik təhsil ingilis dilində olacaq , buna görə birinci il tədris dil və informatika bilgilərinin gücləndirilməsinə qalan dörd il ixtisas üzrə təlimlərə yönəldiləcək”,- deyə E.Qasımov söyləyib.
O əlavə edib ki, Heriot-Vatt Universitetinin kitabxanasından və xaricdə istehsal olunan avadanlıqlardan istifadə edə bilmək üçün ali məktəbin tələbələrinin ingilis dilini yüksək səviyyədə öyrənmələri lazımdır.
“ Təhsildə fərqlənən tələbələr təhsillərini Heriot-Vatt Universitetində davam etdirmək imkanı əldə edəcəklər.Ali məktəbə azərbaycanlı müəllimlərlə yanaşı, Türkiyə və Böyük Britaniyadan mütəxəssislərin cəlb edilməsi planlaşdırılır”.- deyə o əlavə edib.
Tədris zamanı imtahan aparılması məsələsinə toxunan rektor bildirib ki, imtahanlar Heriot-Vatt Universitetində olduğu kimi on-layn rejimdə aparılacaq. ”Xüsusilə, qeyd etmək istəyirəm ki, ali məktəbdə təhsil pulsuzdur, tələbələr ayda 100 manat təqaüdlə təmin olunacaq, ali məktəbdə dərs deyən müəllim heyəti yüksək əmək haqqı alacaq”,- deyə rektor vurğulayıb.
Onun sözlərinə görə, təhsil prosesində praktiki məşğələlər (təxminən 25-30%) xüsusi yer tutacaq.
“Bu təhsil müəssisəsinin hər bir tələbəsi kompüterlə təmin olunacaq. Bundan başqa, hər tələbə ixtisasından əlavə bir peşə öyrənəcək”,- deyə o bildirib.
E.Qasımov əlavə edib ki, təhsildə tələbələrin sayına yox, təhsilin keyfiyyətinə önəm veriləcək.”Hər on tələbəyə bir müəllim düşəcək”,- deyə o qeyd edib.
Rektor bildirib ki, hazırda Ali Neft Məktəbinin binasının tikintisi başa çatmaq üzrədir.
Azərbaycanda tədris ili sentyabrın 15-də başlanacaq.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət