Ən yüksək bal toplayan tələbələr Bakı Ali Neft Məktəbinə(BANM) qəbul olunublar.Ali məktəbin rektoru Elmar Qasımov çərşənbə axşamı mətbuat konfransında belə bildirib.
“ Bu ilki qəbul imtahanlarında 700 mümkün baldan 600-dən yuxarı bal toplayan abituriyentlərdən 115-i (45,4%) bizim məktəbin tələbəsi adını qazanıb”,- deyə E.Qasımov qeyd edib.
Onun sözlərinə görə, ali məktəbdə bir plan yerinə 13 abituriyent iddia edib. Daxil olan 121 nəfərdən 23-ü rus bölməsinin, 98-i Azərbaycan bölməsinin məzunlarıdır.”Bu il 138 nəfər orta məktəbi qızıl medalla bitirib. Onlardan 11-i təhsilini BANM-da davam etdirmək qərarı verib”,- deyə rektor söyləyib.
Qəbul neft-qaz və kimya mühəndisliyi ixtisasları üzrə həyata keçirilib. Neft-qaz mühəndisliyi ixtisası üzrə orta bal 636 , kimya mühəndisliyi üzrə 626 bal təşkil edib.Ümumilikdə, ali məktəbə orta qəbul balı 631 təşkil edib.
“Bizim əsas vəzifəmiz layiqli və yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir”,- deyə E.Qasımov bildirib.
“Bizim məktəbin tələbəsi birinci il gücləndirilmiş şəkildə ingilis dili və informatikanı öyrənəcək, həmçinin hər bir tələbəyə IPad təqdim olunacaq”,- deyə rektor qeyd edib.
O həmçinin, əlavə edib ki, əvvəlcə ali məktəbə hər ixtisas üzrə 50 nəfər olmaqla 100 nəfər tələbə qəbulu nəzərdə tutulmuşdu. Lakin, qəbul prosesi zamanı yüksək bal toplayan və bu ali məktəbə maraq göstərənlərin sayının çox olduğu aydın oldu və nəticədə plan yerlərinin sayını artırmaq qərara alındı.” Biz gələcəkdə ixtisasların sayını genişləndirmək və müvafiq olaraq plan yerlərinin sayını artırmaq istərdik”.- deyə rektor əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət