Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 2012-ci ilin I yarısında 5,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 55% çoxdur.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda QKDK rəhbəri Rüfət Aslanlıya istinadən qeyd olunur ki, 2012-ci ilin birinci yarısında Mərkəzi Bank tərəfindən emissiya edilən notlarla əməliyyatlar bazarda ən fəal alət olub. Bundan başqa, hesabat yarımilində repo üzrə əməliyyatların həcminin artımı müşahidə edilib.
QKDK-nin məlumatına əsasən, hesabat dövründə ilkin və təkrar bazarda Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazları ilə əməliyyatların həcmi 65,4% - 73,6 mln. manatadək azalıb.
İclasda qeyd olunur ki, QKDK I yarımillikdə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə, səhmdarların hüquqlarının müdafiəsinin təminatına, elektron xidmətlərin tətbiqinə, qiymətli kağızlar bazarının potensialının artmasına yönələn tədbirlər həyata keçirib.
Kollegiya iclasının yekunları üzrə R.Aslanlı müvafiq strukturlara QKDK-nin 2013-2015-ci illər üçün orta təcili strateji planın hazırlanmasına dair tapşırıq verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət