Yaxın zamanda Boqota və Bakıda Azərbaycan və Kolumbiyanın diplomatik və ticarət nümayəndəliklərinin açılışı iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahəsində əlaqələri aktivləşdirməyə imkan yaradacaq. Bu barədə Kolumbiya Senatının Sədr müavini Edqar Espindola Nino Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edərək bəyan edib.
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü E.Nino nazirə Xocalı soyqırımı ilə əlaqədar Kolumbiya Senatının qəbul etdiyi qərar barədə məlumat verib.
Danışıqlardan sonra Azərbaycanın XİN baçşısı Elmar Məmmədyarova və Azərbaycanın Kolumbiyadakı Səfiri İlqar Muxtarova Kolumbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və gücləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının “demokratiya uğrunda səylərinə görə Ali komandor” ordeni təqdim edilib.
E.Məmmədyarov makafata görə minnnətdarlığını bildirib və Azərbaycanın Kolumbiya ilə hərtərəfli münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Nazir həmçinin parlament diplomatiyasının böyük rolunu qeyd edib və Azərbaycan-Kolumbiya parlament əlaqələrinin yüksək səviyyəsini vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət