SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ilə qədər respublikanın müxtəlif regionlarında 463,514 min mənzili qazlaşdırmağı planlaşdırır. Bu barədə İB-dən məlumat verilib.
2012-ci il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda qazlaşma səviyyəsi 76,2% (1 mln. 403,049 min əhali abonenti olmaqla) təşkil edir. Həmçinin, Bakı şəhərində qazlaşma səviyyəsi 96,2% (632 068 əhali abonenti olmaqla), regionlarda - 65,2% (770981 əhali abonenti olmaqla) təşkil edir.
“2014-cü ilə qədər respublikada qazlaşmanın səviyyəsini 95%-ə çatdırmaq planlaşdırılır. Bunun üçün, 2013-cü ilin sonuna qədər ölkənin müxtəlif regionlarında 463 514 mənzilin qazlaşdırılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
Qazlaşdırma və qaz təchizatının yaxşılaşması üzrə işlərin aparılması üçün “Azəriqz” İB müvafiq müqavilə imzalayıb (“Global Services” MMC –İFAz).
“Müqavilə 2012-2013-cü illərdə Qaz şəbəkəsinin nəqletmə imkanlarının artırılması və təhlükəsiz istismarının təmin olunması, qaz təchizatının yaxşılaşdırılması ilə bağlı mövcud daşıyıcı və paylayıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması, kənd yaşayış məntəqələrinin və yeni yaşayış sahələrinin qazlaşdırılması üzrə işləri nəzərdə tutur”, - deyə məlumatda qeyd olunur.
İşlər çərçivəsində 32-530 mm diametrli 1877 km polad daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 25-400 mm diametrli 19 377 km polietilen daşıyıcı və paylayıcı qaz kəmərlərinin çəkilməsi planlaşdırılır. Bundan başqa, 463 514 ədəd qaz sayğacının (48 145 ədəd “smart-kart” tipli elektron qaz sayğacının, 415 369 ədəd mexaniki qaz sayğacının) və bununla bağlı 20-25 mm diametrli 20 896 km boru xəttinin quraşdırılması nəzərdə tutulur.
İşlərə o cümlədən, 439 189 ədəd fərdi qaz tənzimləyicilərinin, 1 162 ədəd qaztənzimləyici şkafların, 80 qazpaylayıcı stansiyada yeni tənzimləyici və nəzarət-ölçü avadanlıqlarının quraşdırılması daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət