Azərbaycan və Argentinanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Hektor Timerman Buenos-Ayresdə danışıqların yekunları üzrə iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalayıblar. Bu barədə cümə günü Azərbaycan XİN-in mətbuat xidməti xəbər verir.
Birgə mətbuat konfransında nazirlər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılmasını, ikitərəfli əlaqələrin inkişafını və konkret layihələrin hazırlanmasını nəzərdə tutan sənədin imzalanmasının əhəmiyyətini qeyd ediblər.
Bundan əvvəl keçirilən görüşdə XİN başçıları qeyd ediblər ki, biznes forumların keçirilməsi, siyasi dialoqun gücləndirilməsi və digər tədbirlər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır.
Tərəflər həmçinin, bir sıra beynəlxalq və regional problemləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət, energetika, sərmayə, elm və texnologiyalar sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazirlər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, xüsusilə də sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, mədəniyyət, təhsil, turizm, rabitə və ədliyyə sahələrində sənədlərin imzalanması perspektivlərinə toxunublar.
Həmin gün E.Məmmədyarov Argentinanın kənd təsərrüfatı naziri Norberto Yahuar və federal planlaşdırma, dövlət sərmayələri və xidmətlər naziri Xulio De Vido ilə görüşüb. Görüşlərdə konkret layihələrin müzakirə edilməsi üçün işçi qruplarının görüşünün təşkili ilə bağlı razılıq əldə olunub, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət