Fransada qondarma “erməni soyqırımı”nın inkar edilməsinin cəzalandırılması dair qanun layihəsinin qüvvəyə minməsi Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə törədə bilər. İstanbul Universitetinin professoru İlter Turan belə hesab edir.
“Qondarma “erməni soyqırımı” ilə bağlı məsələ bilavasitə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədardır. Fransa bu məsələyə qarışmamalıdır. Müvafiq olaraq, Fransa bu məsələlərə qarışsa, o zaman Ermənistanın qonşu dövlətlərlə münasibətlərini normallaşdırmasına maneə törədə bilər”, - detə İ.Turan “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
İ.Turan bu yaxınlarda Fransanın prezidenti Fransua Ollandın Senata soyqırımların inkar edilməsinin cəzalandırılmasına dair qanun layihəsini təqdim etmək barədə səsləndirdiyi vədi şərh edərək qeyd edib ki, dövlətin yeni seçilən başçısının bu cür təşəbbüsü onun seçkiqabağı vədləri və erməni lobbisi tərəfindən təzyiqlə əlaqədardır. “Erməni lobbisi seçkiqabağı vədini yerinə yetirməsi üçün Ollanda təzyiq göstərir. Bununla yanaşı, bu məsələdə digər amilləri də nəzərə almaq lazımdır. Məsələn, məlum olduğu kimi, Avropa böhran vəziyyətindədir, belə olan şəraitdə təbliğatçı və rezonans qərarların qəbulu lazımdır. Bununla yanaşı, bütün bunlar Fransa hökümətinin Türkiyəni Avropa İttifaqının tamhüquqlu üzvü görmək istəmədiyi vəziyyətdə baş verir. İndi Fransa hakimiyyəti erməni məsələsini gündəmə gətirmək istəyirlər, bununla da Türkiyə-Fransa münasibətlərini qəsdən korlayırlar”, - deyə ekspert qeyd edib.
Onun fikrincə, F.Ollandın seçkiqabağı vədini həyata keçirdiyi halda, yəni soyqırımların inkarının kriminallaşmasına dair qanunun qəbul edilərsə, bu yalnız Türkiyə-Fransa deyil, həm də Azərbaycan- Fransa münasibətlərinin pisləşməsinə səbəb olacaq.
Bununla yanaşı, İ.Turan xatırladıb ki, soyqırımların inkar edilməsinin cəzalandırılmasına dair qanun Fransa Senatı tərəfindən Nikola Sarkozinin prezident olduğu son aylarda qəbul edilib. Bundan sonra, Fransanın Konstitusiya Məhkəməsi bu qanunun ölkənin əsas qanununa ziddiyyət təşkil etməsi barədə qərar qəbul edib. “Hazırda Fransa Senatı bu qanunun qəbul edilməsi üçün ölkənin Konstitusiyasına uyğun olan formula tapmalıdır”, - deyə İ.Turan qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət