“RoyalBank”ın əmanətləri qorunan əmanətçilərinə kompensasiyaların verilməsi 14 gün ərzində başa çata bilər. Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov belə hesab edir.
“2012-ci il avqustun 1-dən kompensasiyaların ödənilməsinə başlanılacaq.Biz çalışacağıq ki, “RoyalBank”ın əmanətçiləri əmanətləri üzrə kompensasiyaları ən qısa zamanda ala bilsinlər.Kompensasiyaların ödənməsini 14 gün ərzində başa çatdırmağı nəzərdə tuturuq”,- deyə A.Cavadov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə “RoyalBank”ın fiziki şəxslərə qarşı öhdəlikləri 58 mln. manat təşkil edir.” “Lakin, kompensasiya ödəniləcək əmanətlərin həcmi( 30 min manatadək –İF-Az) 17,3 mln. manat, əmanətləri qorunan əmanətçilərin sayı isə 6 422 nəfərdir”,- deyə o qeyd edib.
A.Cavadov bildirib ki, kompensasiyalar 3 agent bank vasitəsi ilə - “Muğan Bank”,”AGBank” və “Bank Respublika” veriləcək . “Royal Bank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın 8 mln.24,6 min manatı “Muğan Bank”, 6 mln. 555.3 min manatı “AGBank”, 2 mln. 759.6 min manatı isə “Bank Respublika” tərəfindən ödəniləcək.
Fond rəhbəri əlavə edib ki, sığortalanan əmanətlərin böyük hissəsi manatla qoyulmuşdur, və belə əmanətlərin məbləği 9,6 mln. manatdan çoxdur
O qeyd edib ki, agent banklarda kompensasiyaların verilməsinə 60 əməliyyatçı cəlb ediləcək.
Bununla yanaşı, o bildirib ki, “RoyalBank”da ümumi məbləği 30 min manatdan çox bir neçə əmanəti olan vətəndaşlar 30 min manat həcmində kompensasiya alacaqlar.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2012-ci il iyulun 13-də bankın fəaliyyətindəki qanun pozuntularını nəzərə alaraq “Royalbank”ın lisenziyasını ləğv etmək barədə qərar çıxarıb.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət