Rusiyanın “ДИИП 2000” şirkəti Azərbaycana bank avadanlığı tədarükündə maraqlıdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.
Məlumatda qeyd olunur ki, “ДИИП 2000” Azərbaycan şirkətləri ilə kağız pulların emalı və onların saxlanması, pul sayma aparatı, seyf avadanlıqları daxil olmaqla, müasir bank avadanlığının tədarükündə sıx əməkdaşlıq qurmaqda maraqlıdır.
“ДИИП 2000” şirkəti 1992-ci ildə yaradılıb və Rusiya bazarında, həmçinin MDB ölkələrində “Вrandt” (АBŞ) şirkətinin nümayəndəsi kimi tanınır. “ДИИП 2000”-nin əsas fəaliyyət istiqaməti – Rusiya və MDB ölkələrində müasir bank avadanlığının istehsalı və satışıdır.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət