Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib. Bu barədə çərşənbə axşamı rəsmi mətbuat məlumat verib.
Heydər Əliyev xatirə parkına ziyarət zamanı Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezidentə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır.
İ.Əliyevin respublikanın cənub regionuna səfəri zamanı bir neçə obyektə baş çəkəcəyi və yerli ictimaiyyətlə görüşü nəzərdə tutulur.
Həmin gün dövlət başçısı Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. İ.Əliyevə məlumat verilib ki, ümumi sahəsi 3 min kvadratmetr olan kinozal, elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, virtual sinif, 300 yerlik akt və 80 yerlik konfrans zalları vardır.
Dövlət başçısı həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra İ.Əliyev Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Mərkəzin ümumi sahəsi 1 hektar təşkil edəcək. Mərkəzin ikimərtəbəli binasında kafe, kinozal, inzibati otaqlar, konfrans zalı və s. yerləşəcək.
Bundan başqa, dövlət başçısına yeni inşa edilən yaşayış kompleksi barədə məlumat verilib. Kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Kompleks üçün 2,39 hektar sahə ayrılacaq.
Sonra Prezident I.Əliyev inşa olunacaq otel kompleksinin təməlqoyma mərasimində iştirak edib. 114 nömrəlik yeddimərtəbəli binada 22 kottec, 40 yerlik avtodayanacaq, kafe, konfrans zalı, hovuz, idman meydançaları və s. yaradılacaq inşa ediləcək.
Lənkərana səfəri çərçivəsində I.Əliyev inşasına bu ilin mayında başlanılan Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı Lənkəran şəhərinin inkişafına dair yeni layihələrlə bağlı stendlərə baxıb.
I.Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev dövlət başçısına raportda qarnizonun yenidənqurma layihəsi barədə məlumat verib. Qarnizonda təmir işləri ilə tanış olandan sonra İ.Əliyev sərhədçilərin hərbi texnikası ilə də tanış olub.
Prezidentə məlumat verilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. İ.Əliyev qarnizonda yaradılan şəraiti yüksək qiymətləndirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət