Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir möhtəşəm konsert keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri məlumat verib.
Konsertdə “Moskva solistləri” kamera orkestri Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kafedra müdiri, Rusiyanın xalq artisti, bəstəkar Aleksandr Çaykovskinin xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün hazırladığı “Xocalı” matəm musiqisini təqdim edib.
Regional müxbirin məlumatına əsasən, əsərin təqdimatı böyük uğurla keçirilib. Konsert “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera orkestrinin yaradıcısı Yuri Başmet, xalq artisti Fərhad Bədəlbəyli (piano), məşhur violonçel ifaçısı Dmitri Yablonski, əməkdar artist tarzən Sahib Paşazadə ifa edib.
Konsertin ikinci hissəsində bəstəkar V.A.Mozart, T.Takemitsu, İ.Stravinski, D.Şostakoviç, Y.Benda, A.Vivaldi və A.Şnitkenin əsərləri ifa olunub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli festival çərçivəsində mətbuat konfransı çərçivəsində məlumat verib ki, “Xocalı” yalnız Dağlıq Qarabağın Xocalı şəhərindən dinc azərbaycanlıların məhv edilməsinə deyil, həm də bütün dünyada soyqırım qurbanlarına həsr edilib. Musiqiçinin sözlərinə görə, gələcəkdə bu əsər dünyanın müxtəlif ölkələrində ifa olunacaq. “Mən əslən Qarabağlıyam, Şuşada anadan olmuşam. Lakin, bu torpaq ermənilər tərəfindən işğal edildiyinə görə, doğma şəhərimə səfər edə bilmirəm. Təəssüflər olsun ki, bəzi dövlətlər regionda sülh üçün deyil, millətlərarası düşmənçiliyin qızışdırılması üçün çalışırlar. Biz, musiqiçilər, bunun əleyhinəyik”, - deyə F.Bədəlbəyli bildirib.
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kafedra müdiri, Rusiyanın xalq artisti, bəstəkar A.Çaykovski öz növbəsində bildirib ki, “Xocalı” əsəri bu şəhərdə baş verən faciənin təsiri altında yazılıb. “Bu musiqi festivalın bütün tamaşaçılarına, həmçinin dünya ictimaiyyətinə müharibə fəlakətlərini yaşayan insanların vəziyyətini anlamağa yardım edəcək. Ümid edirəm ki, bu əziyyətlərə və qırğına son qoyulacaq”, - deyə A.Çaykovski bildirib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət