Sentyabrın 10-11-də Bakıda ilk dəfə Beynəlxalq “Şəhər tunel və yeraltı infrastrukturlar” konqres-sərgi keçiriləcək. Bu barədə tədbirin təşkiilatçısı olan “İteca” şirkətindən məlumat verilib.
“Bir sıra digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeraltı məkandan səmərəli istifadə çox mühüm məsələ aktuallığını qoruyur. Dünyanın aparıcı şirkətlərinə yeraltı tikinti ilə bağlı təcrübələrini, texnologiyalarını və digər resursları, habelə innovasiyalı həll variantlarını rəhbər və digər yüksək vəzifəli nümayəndələr səviyyəsində təqdim etməyə unikal imkan yaradan konqres-sərginin keçirilməsi qərarı da məhz bununla əlaqədardır”, - deyə məlumatda qeyd edilir.
Konqresdə Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrdən 150 nümayəndə iştirak edəcək.
Konqres çərçivəsində infrastruktur layihələr (Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdə metro, tunel, avtomobil magistralları və dəmir yollarının genişləndirilməsi); yeraltı infrastrukturlar-müasir şəhərsalmanın həll variantı kimi; şəhər ərazisində tunellərin tikintisi; yeraltı infrastrukturların mürəkkəb geoloji şəraitlərdə inşası təqdim ediləcək.
Konqreslə birgə qabaqcıl şirkətlərin öz tunel tikinti layihə və texnologiyalarını nümayiş etdirəcəyi sərgi təşkil olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət