Azərbaycan Mərkəzi Bankı milli valyutanın məzənnəsinin sabitliyi üçün 2012-ci ilin I yarısında valyuta bazarında $639,4 mln. məbləğində xarici valyuta alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 97,4% çoxdur.
Bu barədə Mərkəzi Bankın 2012-ci ilin I yarısı üzrə pul siyasəti icmalında qeyd edilir. İcmal bankın saytında dərc edilib.
“Hesabat dövründə ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin, məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən I yarımildə $639,4 mln. həcmində valyuta sterilizasiyası həyata keçirilib”, - deyə icmalda qeyd edilir.
Nəticədə 2012-ci ilin yanvar-iyun aylarında manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,1% möhkəmlənib.
“Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi duruma və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib”, - deyə icmalda bildirilir.
2012-ci ilin I yarısında manatın orta məzənnəsi 0,7861 manat/$ təşkil edib.
Xəbər verildiyi kimi, Mərkəzi Bank milli valyutanın məzənnəsinin sabitliyi üçün 2011-ci ildə valyuta bazarında $4 mlrd. 153,2 mln. məbləğində xarici valyuta alıb.
2011-ci ildə manatın məzənnəsi ABŞ dollarına nisbətdə 1,4% möhkəmlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət