Almaniyanın Reynland-Pfalz əyalətinin sahibkarları məhsullarının idxalını genişləndirmək məqsədilə Azərbaycan şirkətləri ilə əlaqələrin qurulmasında maraqlıdırlar. Bu barədə Almaniyanın Reynland-Pfalz əyalətinin İqtisadiyyat, Ətraf Mühit, Enerji və Xəritəçəkmə Nazirliyinin nümayəndəsi Culiya Qolomb bazar ertəsi Bakıda XIV Azərbaycan-Almaniya biznes-forumu zamanı bəyan edib.
“Reynland-Pfalz əyalətinin iqtisadiyyatı əsasən idxal yönümlüdür, bu səsbəbdən biz Azərbaycan şirkətləri ilə əlaqələrin inkişafında, ümumilikdə isə Azərbaycanla qarşılıqlı sərfəli əməkdaşlığın möhkəmlənməsində maraqlıyıq”, - deyə C.Qolomb bildirib.
Forumda qeyd olunub ki, 2011-ci ildə Azərbaycan və Reynland-Pfalz əyaləti arasında maşınqayırma, kimya və digər sahələrdə ticarət əlaqələri 50% artıb.
Azərbaycan İqtisadi İnkişafı Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev öz növbəsində qeyd edib ki, 2012-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $19,8 mlrd. təşkil edib, bunun $5,3 mlrd. - idxalın, $14,3mlrd. – ixracın payına düşüb.
“Qeyd edilən dövr ərzində Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin həcmi $936 mln. təşkil edib. Hər iki ölkə iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir”, - deyə H.Paşayev vurğulayıb.
Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) icraçı direktoru Florian Şröder jurnalistlərə məlumat verib ki, 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 mlrd. avro təşkil edib, bunun 900 mln. avro məbləği Azərbaycanın Almaniyadan illik idxalının payına düşüb.
“Almaniyada Azərbaycana idxal strukturuna - avtomobil, ehtiyat hissələri, müxtəlif avadanlıqlar, kimya və digər məhsullar daxildir. Almaniya öz növbəsində Azərbaycandan meyvə və tərəvəz və bir sıra digər mallar ixrac edir. Azərbaycan Almaniyanın sayca yeddinci neft tədarükçüsüdür. Ölkəmiz Azərbaycanla iqtidsadi əməkdaşlığın genişlənməsində maraqlıdır”, - deyə o qeyd edib.
Forumda Azərbaycan Şirkətləri ilə yanaşı Almaniyanın da tikinti, daşınma və loqistika, şüşə və qida sənayesində, istehlak məhsulları, mebel istehsalında, bərpa olunan enerji mənbələri sahəsində şirkətlər təmsil olunub.
Forum çərçivəsində işğüzar hərrac keçiriləcək və Azərbaycan və Almaniya sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə olunacaq.
Bundan başqa, avqustun 30-da Gəncədə III Azərbaycan-Almaniya İqtisadi Forumu keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət