Macarıstanın azərbaycanlı zabit R.Səfərovun Bakıya ekstradisiyası və vətəndə sonrakı əfv edilməsi səbəbindən erməni diasporunun mümkün demarşları ilə əlaqədar macar tərəfi Azərbaycanın Budapeştdəki səfirliyinin mühafizəsi gücləndirilib.
“Səfirliyə diqqət artırılıb, onlar (macar höküməti – İF-Az) hər hansı asayiş pozulması mümkünlüyünü hiss edirlər. Hesab edirəm ki, böyük problemlər yoxdur, hər şey nəzarət altındadır”, deyə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ANS teleşirkətinə bildirib.
Səfir məlumat verib ki, Macarıstanın baş nazirinin ofisinin dövlət katibi Peter Szijarto ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı R.Səfərov mövzusuna toxunulub. “Məsələ iş vəziyyətində müzakirə edilib”, - deyə V.Quliyev qeyd edib.
Diplomatın sözlərinə görə, Azərbaycan dövlətinin rəhbərinin R.Səfərovun əfv edilməsi səbəbindən Macarıstan XİN-in Azərbaycana təqdim edilən nota da qeyri-adi deyil, bu faktı ajiotajsız qəbul etmək lazımdır.
V.Quliyev vurğulayıb ki, erməni tərəfi azərbaycanlı zabitin ekstradisiyası və azadlığa buraxılması səbəbindən hiddətlənsə belə, R.Səfərov ilə əlaqədar hadisəni tamamlanmış hesab etmək olar. “Hesab edirəm ki, bu məsələ artyıq bağlanıb. Qoy ermənilər istədikləri qədər danışsınlar, yazsınlar, qışqırsınkar. Bu səhifə bağlanıb, biz gündəlik işimizə qayıdırıq”, - deyə V.Quliyev bildirib.
Səfir vurğulayıb ki, macar hökümətinin R.Səfərovun vətənə ikstradisiyası haqqında qərarına qarşı erməni diasporunun şikayət vermək cəhdləri nəticəsiz qalır. “Onlar parlament binası qarşısında macar hökümətinin sanksiya verdiyi mitinq keçirmək istəyiblər, lakin aksiyaya 20-dən artıq insan toplaya bilməyiblər”, - deyə V.Quliyev qeyd edib.
Xəbər verildiyi kimi, cümə günü Macarıstan tərəfi R.Səfərovu Bakıya ekstradisiya edib. Həmin gün Azərbaycan Prezidenti onun əfv olunması haqqında fərman imzalayıb. Baş leytenant R.Səfərov 2004-cü ildə Macarıstanda NATO-nun hərbi təlimləri zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətində qətlə yetirib. Budapeşt məhkəməsi 2006-cı il aprelin 13-də R.Səfərovu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət