Iran tarixi İpək Yolunda yerləşən ölkələrə Avropada Şenqenə analoji viza zonası yaratmağı təklif edir. Bu barədə İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi cümə axşamı Bakıda açılan “İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransda bəyan edib.
“Bu ölkələrimiz arasında turizmin inkişafına imkan yaradacaq. Bu həmçinin regionda sülhün bərqərar olmasına və əlaqələrin inkişafına şərait yaradacaq”, - deyə o vurğulayıb.
BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai öz çıxışında İran İslam Respublikasının vitse-prezidentinin konfransda iştirakını yüksək qiymətləndirərək qeyd edib ki, təşkilat Böyük İpək Yolunda yerləşən38 ölkənin hər birində turizmin inkişafında maraqlıdır. “Biz turistlərin bu marşrutla səyahətini asanlaşdırmaq üçün addımlar atırıq”, - deyə T.Rifai bildirib.
O qeyd edib ki, turizmin əsas növlərindən biri qastronomiyadır, çünki turistin 30% xərci məhz bu sahənin payına düşür. “Bu il səyahət məqsədilə 1 mlrd. nəfər sərhədi keçib. 2030-cu ilə qədər bu rəqəm 1,8 mlrd.-a qədər artacaq, gün ərzində 5 mln. insan təşkil edəcək. Statistikaya görə, 12 iş yerindən biri turizm sahəsinin payına düşür”, - deyə ÜTT-nin baş katibi bildirib.
“Qastronomiya turizmi xidmət sahəsində böyüek təcrübə verir və mədəniyyətin təbliğatı üçün böyük məna kəsb edir”, - deyə o vurğulayıb.
T.Rifai Azərbaycan hökümətinin turizmin inkişafı üçün səylətini yüksək qiymətləndirib.
“Azərbaycan höküməti turizm sahəsində inkişafı ciddi qəbu edir və bu sahənin nə dərəcədə tez inkişaf etməsini dəqiq anlayır. Hökümət turizm sahəsi ilə əlaqədar layihələri hər vasitə ilə dəstəkləyir”, - deyə o bildirib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Bakıda iri otellərin açılışı kadr potensialının hazırlanması sahəsində böyük səylər tələb edir. “Hazırda biz bu sahədə layiqli yerə çıxmaq üçün fəal iş aparırıq”, - deyə Ə.Qarayev bildirib. Bununla əlaqədar nazir bəyan edib ki, ÜTT turizm sahəsində kadrların hazırlanmasını fəal dəstəkləyir və təcrübə mübadiləsinə imkan yaradır.
Həmçinin ÜTT keçirilməsi gələn il Bakıda nəzərdə tutulan II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesində Azərbaycana dəstək verir.
Konfransın əhəmiyyət və məqsədlərinə toxunaraq nazir qeyd edib ki, tədbir yalnız qastronomiya turizminin inkişafına təsir etməyəcək, həm də ölkənin qonaqlarına Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olanmağa imkan yaradacaq. Bununla əlaqədar ə əlavə edib ki, iki gün ərzində görüşlər, müzakirələr, təqdimatlar, o cümlədən Azərbaycanın regionları üzrə səfərlər təşkil olunacaq.
“Siz hər biriniz Azərbaycan xalqının necə qonaqpərvər olduğunun şahidi olacaqsınız və əlaqələrin möhkəmlənməsi üçün bütün imkanlarınız olacaq”, - deyə Ə.Qarayev bildirib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət