SOCAR şirkəti (Azərbaycan Trespublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Abşeron yarımadası ətrafında dayaz sulu yataqlarda kompleks tədqiqatların aparılması imkanlarını müzakirə edir. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“BP bizə Abşeron yarımadası ətrafında dayaz sulu yataqlarda mədənlərin aşkar edilməsi üçün birgə kompleks tədqiqatların aparılmasını təklif edib. Biz hazırda bu təklifi müzakirə edirik”, - deyə X.Yusifzadə cümə axşamı “Neft-qazçıxarmada yeni texnologiyalar” II Beynəlxalq elmi-təcrübi konfransında çıxışında bildirib.
O vurğulayıb ki, bundan başqa ARDNŞ şəxsi vəsaiti hesabına Xəzərin dayaz sulu hissəsində Qoşadaş strukturunda kəşfiyyat-axtarış qazıntısına başlayıb. Quyunun layihə dərinliyini 3500 metr olduğu halda qazılma 1400 metr təşkil edir.
X.Yusifzadənin sözlərinə görə, həmçinin hazırda SOCAR “ConocoPhilips” şirkəti ilə birgə Azərbaycanın quru ərazilərində yeni neft yataqlarının aşkar edilməsi üçün mezozoy dövrünün çöküntülərini tədqiq edir.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda proqnozlaşdırılan karbohidrogen ehtiyatları10 mlrd. ton (şərti yanacaqla) həcmində qiymətləndirilir.
“Azərbaycanda indiyədək hasil edilən neft-kondensat ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2,55 trln. kubmetr həcmində qiymətləndirilib. İndi proqnozlaşdırılan neft-kondensat ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 3,45 trln. kubmetr olduğu halda ölkənin karbohidrogen ehtiyatları10 mlrd. ton (şərti yanacaqla) həcmində qiymətləndirilir”, - deyə X.Yusifzadə bildirib.
O əlavə edib ki, TOTAL “Abşeron” strukturunda quyunun yan gövdəsinin qazılmasını başa çatdırıb. Qazmanın nəticələri strukturda əhəmiyyətli dərəcədə qaz ehtiyatlarının olduğunu təsdiq edib. “Bu və “Ümid” yatağında uğurlu axtarış qazması bizə bu yaxınlarda “Babək”, “Şəfəq-Asiman”, “Naxçıvan”, “Zəfər-Maşal” strukturlarında başlanacaq axtarış işlərinin uğurlu nəticələrinə ümid etməyə imkan yaradır”, - deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, Xəzərdə kəşfiyyat-axtarış işlərinin həcminin genişlənməsi ilə əlaqədar SOCAR yeni qazma qurğuları inşa edəcək. Birinci qurğunun inşası 2014-cü ildə başa çatacaq.
X.Yusifzadə vurğulayıb ki, hazırda neft ehtiyyatları 1 mlrd., qaz ehtiyyatları – 350 mlrd. kubmetr həcmində qiymətləndirilən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi uğurla davam edir.
“AÇQ” blokunun işlənməsi ərzində buradan ümumilikdə 280 mln. ton neft hasil edilib, bunun 140 mln. ton Azərbaycanın mənfəətli neftinin payına düşüb”, - deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət