“Unibank” filialları vasitəsilə 2012-ci ilin yanvar-avqust aylarında həyata keçirilən təcili pul köçürmələri üzrə əməliyyatların həcmi 60 mln. manat təşkil edib, bu isə ötən ilin göstəricisindən 25,3% çoxdur. Bu barədə bankdan məlumat verilib.
Hesabat dövrü ərzində 112,5 min pul köçürmələri həyata keçirilib, bu isə ötən ilin göstəricisindən 32% çoxdur.
Bankın məlumatında qeyd olunur ki, bu seqmentdə bankın aylıq dövriyyəsi 8 ay ərzində 70% artıb, baxmayaraq ki, gündəlik dövriyyə 500 min manata yaxındır.
Bankın 9 regional filialında qeydiyyata alınan pul köçürmələri üzrə əməliyyatların payı 43%-ə çatıb.
Bu il bir təcili pul köçürmənin orta məbləği 545 manata bərabərdir.
“Unibank” “Western Union”, “Быстрая Почта”, “CONTACT”, “Faster”, “Migom”, “ЛИДЕР”, “Золотая Корона”, “Blizko”, “Coinstar” və “PrivatMoney” kimi operatorlar daxil olmaqla 13 beynəlxalq pul köçürmələri sistemi ilə əməkdaşlıq edir.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb. Bankın nizamnamə kapitalı 15 mln. manta təşkil edir, bunun 76,43%-i fiziki şəxslərə, 15,15%-i – AYİB- və 8,33%-i - DEG şirkətinə məxsusdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət