Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etməlidir. Bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. İrəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır”, - deyə baş katib cümə günü Bakıda Azərbaycan Diplomatik Akademiyasının tələbələrinin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, baxmayaraq ki, NATO münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb, lakin ATƏT-in Minsk Qrupunun nizamlanmaya yönəlik səylərini tam şəkildə dəstəkləyir.
Bununla yanaşı Rasmussen azərbaycanlı zabit Ramil Səfərovu əfv etmək qərarından narahatlığını ifadə edib. Baş katib qeyd edib ki, R.Səfərov dəhşətli cinayət törədib və onun əfv edilməsi münaqişənin sülh yolu ilə həllinə dəstək vermir”. Bununla əlaqədar baş katib regionda gərginliyin aradan qaldırılması üçün tədbirlərin görülməsinin və region çərçivəsində əməkdaşlıq imkanlarının yaradılmasının zəruriliyini bəyan edib.
NATO-nun baş katibi həmçinin Azərbaycanı müdafiə və demokratiya sahəsində islahatları davam etdirməyə çağırıb. O qeyd edib ki, alyans respublika ilə enerji təhlükəsizliyi və kibertəhlükəsizlik, ərazilərin minalardan təmizlənməsi və digər sahələrdə əməkdaşlıq edir
Baş leytenant R.Səfərov 2004-cü ildə Macarıstanda NATO-nun hərbi təlimləri zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətində qətlə yetirib. Budapeşt məhkəməsi 2006-cı il aprelin 13-də R.Səfərovu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Avqustun 31-də Macarıstan höküməti R.Səfərovu Bakıya ekstradisiya edib. Həmin gün Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə əfv olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət