2012-ci ilin yanvar-avqust aylarında SOCAR şirkəti 5 mln. 494,88 min ton neft hasil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 2,5% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 29 mln. 290,04 min ton neft çıxarılıb. Beləliklə, hesabat dövründə respublikada çıxarılmış neftin 18,7%-i SOCAR-ın payına düşüb.
Şirkətin məlumatına görə, avqustda SOCAR 701,8 min ton neft hasil edib. Ümumilikdə, həmin ay respublika üzrə neft hasilatı 3 mln. 574,3 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda neft hasilatının həcmi 45 mln. 625,4 min ton təşkil edib ki, bunun da 8,4 mln. tonu SOCAR tərəfindən çıxarılıb.
Hökumətin proqnozlarına görə, 2012-ci ildə Azərbaycanda təxminən 43 mln. ton neft hasil ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət