Rusiya Daxili İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyi çərçivəsində axtarışın həyata keçirilməsi qaydasını həyata keçirən sənəd hazırlamağa hazırdır. Bu barədə Rusiya DİN başçısı Vladimir Kolokoltsev cümə günü məlumat verib.
Bakıda keçirilən MDB ölkələri DİN rəhbərləri Şurasının iclasında o qeyd edib ki, birliyə daxil olan ölkələrin hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəsində vacib istiqamət “Axtarış” dövlətlərarası kompleks operativ-profilaktik əməliyyatların keçirilməsidir.
2005-ci ildən etibarən cəmi 14 əməliyyat keçirilib. “Mart ayında əməliyyatın növbəti mərhələsi keçirilib. Nəticədə MDB dövlətlərində axtarışda olan 195 cinayətkar saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən 263 cinayətkar MDB ölkələrinin daxili işlər orqanları tərəfindən öz ərazilərində axtarılıb və saxlanılıb”, - deyə V.Kolokoltsev məlumat verib.
Onun sözlərinə görə, cinayətkarların olduğu yerin müəyyənləşdirilməsi və saxlanması üzrə birgə tədbirlərdə iştirak etmək üçün operativ qrupların ezam edilməsi kimi əməkdaşlıq forması da inkişaf etməkdə davam edir. Belə ki, bu il Rusiya DİN-i MDB-nin digər ölklərinə 38 operativ qrup yollayıb. Nəticədə, nazirin sözlərinə görə, axtarışda olan 65 nəfər saxlanılıb və ya olduqları yer müəyyənləşdirilib.
V.Kolokoltsev həmkarlarına göstərilən kömək və təşkil olunan işə görə minnətdarlığını bildirib. O qeyd edib ki, şəxslərin dövlətlərarası axtarışını həyata keçirmək qaydalarını müəyyən edən sənəd birgə hərəkətlər üçün əlavə imkanlar açacaq. “Rusiya tərəfi sənəd layihəsinin hazırlanmasını öz üzərinə götürməyə hazırdır”, - deyə nazir vurğulayıb.
Sentyabrın 7-8-də Bakıda keçirilən MDB ölkələri DİN rəhbərləri Şurasının iclasında birlik ölkələrinin daxili işlər nazirləri və ya onların müavinləri iştirak edir. Yalnız Ermənistan polisinin nümayəndələri iştirak etmir. İclasda Şura rəhbərinin səlahiyyətləri Azərbaycan DİN başçısına verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət