Avropa Şurası və AŞPA rəhbərliyi tərəfindən Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan vətənə ekstradisiya edilməsi. sonra da əfv olunmasına qarşə tənqidi fikirlər yalnız erməni lobbisini sakitləşdirmək üşün səsləndirilib. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov belə hesab edir.
“Ermənistandakı isterikanı görən beynəlxalq təşkilatlar hər yerdə geniş təbliğat işləri aparan ermənilərlə razılaşaraq onları sakitləşdirməyə çalışırlar”,- deyə A.Məmmədov “İnteffaks -Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Ramil Səfərovun Bakıya ekstradisiyası və əfv olunması tamamilə beynəlxalq qanunvericiliyə və Azərbaycan Konstitutsiyasına uyğun idi. Buna görə AŞ rəhbərliyi tənqidlərində məsələnin hüquqi tərəfinə toxunmur.
“Bu təkcə prezidentin hüququ deyil, həm də Konstitusiya əsasında Azərbaycan vətəndaşlarını qorumaq öhdəliyidir”,- deyən diplomat əlavə edib ki, R.Səfərov Ermənistan tərəfindən azərbaycan torpaqlarının işğal edilməsinin nəticələrinin qurbanıdır.” . “Əgər ermənilər Azərbaycanla normal münasibət qurmaq istəyirlərsə, qoy işğal olunmuş əraziləri azad etsinlər və hər şey öz normal yoluna düşəcək. İki ölkənin hərbi qarşıdurma şəraitində problemin mənəvi və ya digər tərəfləri barədə danışmağına dəyməz”, deyə A. Məmmədov vurğulayıb.
Baş leytenant Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO qoşunları tərkibində hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı öldürüb. R,Səfərov Budapeşt məhkəməsi tərəfindən ilk 30 il müddətində əfv olunmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Avqustun 31-də Macarıstan R.Səfərovu Azərbaycana ekstradisiya edib, həmin gün o Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.
Xəbər verildiyi kimi, Avropa Şurasının baş katibi Torbern Yaqland Ramil Səfərovun qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu bəyan edib. Həmçinin AŞPA sədri Jan Klod Minyon da Azərbaycanlı zabitin əfv olunmasını qınayıb.”AŞPA sədri Jan Klod Minyon öz narahatlığını bildirərək AŞ orqanlarından bu cür hərəkətlərin leqallaşdırılması üçün istifadə olunmasına təəssüfləndiyini qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət