Azərbaycan Prezidenti İlham Əliyev 11 min tamaşaçı yeri olan“8 KM” stadionunun açılış mərasimində iştirak edib. Bu barədə rəsmi mətbuat cümə günü məlumat verib.
Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.
İ.Əliyev stadionda yaradılan şəraiti yüksək qiymətləndirib.
Həmim gün Prezident Bakının Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında iştirak edib.
Bildirilib ki, 1998-ci ildə xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 75 illik yubileyi münasibətilə salınan parkın ərazisi 56 min kvadratmetrdir. Burada inşa olunan dördmərtəbəli binada kafelər, rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, ofislər yerləşir. Parkda, həmçinin iki kafenin fəaliyyət göstərdiyi üçmərtəbəli bina və yeraltı əyləncə mərkəzi tikilib.
Bundan başqa, Prezident Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməlini qoyub. İ.Əliyev həmin qəsəbədə 640 şagird yerlik 328 nömrəli orta məktəbin yeni binasının istifadəyə verilməsi və o cümlədən paytaxtın Nizami rayonu ərazisində Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılış mərasimlərində iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət