Hesablama Palatası bir sıra yoxlamalar proqramını təsdiq edib. Bu barədə Palatadan məlumat verilib.
Hesablama Palatasının Kollegiyası xüsusilə Şabran və Siyəzən rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinin audit proqramını təsdiq edib.
Bundan başqa, Palata dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Dövlət Aqrar Universitetinə Universitetin tədris korpuslarının təmiri və avadanlıqlarla təchiz edilməsinə ayrılan vəsaitlərin məqsədyönlü istifadəsinin yoxlamasını aparacaq.
Palata həmçinin dövlət əsaslı qoyuluşundan Ağstafa Rayon İcra Hakimiyyətinə Poylu–Xətai–Yenigün–Aşağı Göyşəli avtomobil yolunun, Bərdə Rayon İcra Hakimiyyətinə Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisinə və 6 nömrəli Uşaq bağçasının əsaslı təmirinə ayrılan büdcə vəsaitlərinin məqsədyönlü auditini keçirəcək.
Hesablama Palatası, o cümlədən Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair yoxlama keçirəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət